Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə30/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
riyaziyyat 11

Əyani vasitələrin təsnifi
Metodik ədəbiyyatda əyani vasitələrin təsnifmə müxtəlif mövqelərdən
yanaşılır. Yuxarıda əyani vasitələrin ümumiyyətlə növləri nəzərdən keçirilirdi.
Odur ki, əyani vasitələrin rəngarəngliyi və məzmununu tamamilə aşkar etmək
üçün onları məzmununa görə təsnif etmək daha məqsədəuyğundur.

  1. Natural əşyalar: çöplər, daşlar, yarpaqlar və s.

  2. Əşyaların təsviri, şəkillər, şablonlar, applikasiya vasitələri, həndəsi
    fiqurlar, saat modelləri və s.

  3. Cədvəllər: rəqəmlərin yazı nümunləri, hesab əməlləri alqoritmləri, adlı
    ədədlər üzərində əməllərin yazılış nümunələri, məsələ həllinin yazılış
    nümunələri, hesab əməlləri qanunları, müxtəsər hesablama üsulları, hesab
    əməlləri cədvəlləri, kəmiyyətlərin ölçü vahidləri cədvəlləri.

  4. Say alətləri: sinif və şagird çötkəsi, kalkulyator və s.

  5. Abaklar, ikirəqəmli, üçrəqəmli və çoxroqəmli abaklar, lentli abaklar.

  6. Hesab qutusu.

  7. Ölçmə alətləri: xətkeş, ölçü lenti, ruletka, pərgar, tərəzilər, çəki daşları,
    litrlik və yarımlitrlik parçalar (krujkalar), kvadrat santimetr, kvadrat
    desimetr modelləri, yer üzərində ölçmə işləri üçün payalar, mıxçalar, ekker,
    çöl pərgarı, ruletka və s.

  8. Qrafik-simvolik cədvəllər: xətti və sütun şəkilli, dairəvi diaqramlar,
    qrafik sxemlər və s.

  9. Hesablamalara, məsələlər həllinə və ölçməyə aid didaktik materiallar.

  10. Təlimin texniki vasitələri: kinofilmlər, diafılmlər, diapozitivlər və s.


52




İnformasiya kommunikasiya texnologiyalarından istifadə
«İnformatika və informasiya texnologiyaları», «informatika və kommu-
nikasiya texnologiyaları» kimi digər terminoloji ifadələr təhsilin əsas kompo-
nentinə çevrilmişdir.
İndi ən zəruri olan və demək olar ki, bütün fənlərin tədrisində rast gəlinən
və informatika ilə bağlı olan bir sıra anlayışların terminoloji mənalarını
açıqlayaq.
«Texnologiya» sözünün mənası necə açıqlanır?
Məlumdur ki, metodik
ədəbiyyatda «təlimi metodikası)), «tədrisi metodikası», «təlimi texnologiyası»
kimi ifadələrə rast gəlirik. «Texnologiya)) sözü «materialları işləmə üsulu və
vasitələrindən bəhs edən elm» kimi və ya «bu işləmə proseslərinin məzmunu»
mənasında da işlədilir. Tədris prosesi ilə əlaqədar işlədilən «fənnin təlimi
texnologiyası)) ifadəsi «fənnin təliminin xüsusi metodikası» ifadəsinə çox
yaxın olub, «ən incə, ən səmərəli xüsusi metodika» mənasını verir. Deməli,
«texnologiya» sözünü təkcə «metod» kimi, «vasitə» kimi və ya «məzmun»
kimi qəbul etmək olmaz. Çünki təlim (və ya tədris) metodikası bir sistem kimi
beş komponentlə: məqsəd, məzmun, forma, metod və vasitə ilə müəyyən
olunur. Bu cəhətdən təlim prosesi ilə əlaqədar «texnologiya» sözü ən «incə,
səmərəli metodika» mənasında işlədilir.
«İnformasiya savadı» nə deməkdir? Məlumdur ki, «savad», «savadlı»
sözləri ənənəvi olaraq təkcə yazmağı, oxumağı bacarmaq mənasını vermir. Öz
peşəsini yaxşı bilmək, bacarmaq mənasında da «savadlı» sözü işlədilir.
İnformatika fənni tədrisi ilə əlaqədar və ya həmin fənni yaxşı əxz edən adamın
hazırlıq dərəcəsi «informasiya savadı» ifadəsi ilə qeyd olunur. Lakin fənnin
məzmunu və xüsusiyyətindən asılı olaraq, informasiya savadı - dedikdə
aşağıdakı əlamətlər nəzərdə tutulur:

  • informatika vasitələrini işlətməyi bacarmaq,

  • müxtəlif işarələrdən, modellərdən, verilənlərdən, informasiyalardan
    əlverişli üsullarla istifadə etməyi bacarmaq,

  • istifadəçiyə onları təqdim etməyi bacarmaq,

  • nəzəri və praktik məsələləri həll etməyi bacarmaq,

  • informasiyanı toplamağı, emal etməyi, saxlamağı, ötürməyi bacarmaq,


53




  • adamları (şagird və ya tələbələri) informasiya vasitələrindən istifadəyə
    hazırlamağı bacarmaq,

  • təlim sistemini inkişaf etdirməyi bacarmaq.

Əl «motorikası»n
ın avtomatlaşdırılması. İnformatika təlimi bilavasitə
kompüterdən istifadə ilə bağlı olub, prosesin ifadə olunmasında ondan
səmərəli istifadə etməyi tələb edir. Metodik ədəbiyyatda «əllərin motorikası»,
ccbarmaqların motorikası» anlayışlarından istifadə olunur. Bu anlayışların
hələ bağça təlimində praktik reallaşdırılması əsas məqsədlərdən biridir.
«Motorika» sözü - müəyyən məqsədin reallaşdırılması üçün uşağın əlləri və ya
barmaqlarının avtomatlaşdırılmış hərəkətlərinin formalaşdırılmasını nəzərdə
tutur. Maşını idarə edən sürücüdə əl və ayaqların sinxron hərəkətlərinin
vərdişə çevrilməsi buna misal ola bilər. Çünki biliyin praktik reallaşdırılma-
smda əl və ya əl barmaqları müəyyən və səmərəli hərəkət vərdişlərinə sahib
olmalıdır, informatika dərslərində şagirddən avtomatlaşmış əl hərəkətləri və
mürəkkəb alqoritmik əməliyyatlar tələb olunur. İnformatikaya aid terminlə-
rin əksəriyyəti şagirdlər üçün yeni olduğundan, praktik işlər vasitəsilə
adaptasiya mərhələsinin müddətini azaltmaq olmaz.
Tədris prosesinin optimallasdırılması. İnformatika təlimində prosesin
optimallaşdırılması dedikdə, aşağıdakılar nəzərdə tutulur:

  • tədris materialının dərsin məqsədinə uyğun strukturlaşdırılmasında
    fənnin məqsədi və məntiqinin nəzərə alınması,

  • şagirdlərin yaş və bilik xüsusiyyətlərinin nəzərə alınması,

  • şagirdlərin praktik fəaliyyətlərinin düzgün təşkil edilməsi,

  • şagirdlərin tədris fəaliyyətlərinin yaradıcı fəaliyyətə doğru istiqamətlən-
    dirilməsi.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin