Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə29/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   25   26   27   28   29   30   31   32   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

İş formaları. 
1-3
yaşlı uşaqlarla öyrənmə prosesində onun innovativliyi və tamlığı qorunmaqla aşağıdakı
iş formalarından istifadə edilir: 
-
fərdi 
-yarimqruplarla 
-kollektiv 
3-6 yaşlı
uşaqlarla iş formaları fərdi, cütlərlə, qruplarla və kollektiv iş nəzərdə tutulur.
 
Pedaqoji proses ətraf mühitin və əşya aləminin fəal tədqiqi prosesində uşağın bütün inkişaf 
sahələri üzrə fəaliyyət növlərinin kompleks inkişafı üzərində qurulmalıdır. Uşağın hər bir günü 


25 
müxtəlif fəaliyyət növlərinin qarşılıqlı əlaqəsi şəraitində təşkil olunmalıdır. Pedaqoji proses 
şəxsiyyətyönümlülük prinsipi əsasında təşkil olunmalıdır. 
İş üsulları. 3-6 yaşlı
uşaqlarla iş zamanı təhsildə yaradıcı düşünən, müstəqil mühakimə 
yürüdə bilən demokratik dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaqda geniş imkanları olan 
əqli hücum, tap-tapmaca, nağıletmə, müzakirə, şaxələndirmə (klaster), problemli vəziyyət
oyunlar, suallar, söz assosiasiyası kimi təlim üsullarından istifadə edildikdə müsbət nəticələr əldə 
etmək mümkündür.
 
2.4. Təlimin planlaşdırılması 
Məktəbəqədər 
təhsil 
müəssisələrində 
təlimin 
səmərəli 
təşkili 
işin 
düzgün 
planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin 
əvvəlcədən layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil 
müəssisələrində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab 
edilir:

İllik (perspektiv) planlaşdırma.

Həftəlik (cari) planlaşdırma.
İllik (perspektiv) planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən 
hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsilin kurikulumunun əsas 
istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında 
inteqrativlık prinsipi ciddi şəkildə gözlənilir.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin