Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


İllik (perspektiv) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə30/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   26   27   28   29   30   31   32   33   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

İllik (perspektiv) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır 
Standartlar
Məşğələ 
Mövzular
İnteqrasiya
Resurslar
Tarix 
Həftəlik (cari) planlaşdırma alt standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı 
məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər 
və s.) üzrə aparılır.
Məşğələlərin həftəlik planlaşdırılması aşağıdakı göstəricilər əsasında hazırlanır: 
Standart : 
Mövzu: 
Məqsəd: 
İnteqrasiya: 
İş forması: 
İş üsulları: 
Resurslar. 
Məşğələnin mərhələləri
• 
Motivasiya; 
• 
Dərketm
ə; 
• 
Tətbiqetmə. 


26 
4. Uşaq inkişafının dəyərləndirilməsi 
4.1.Uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi 
Məktəbəqədər dövrdə dəyərləndirmənin əsas məqsədi. 
Dəyərləndirmə müşahidə prosesi, 
qeydlərin aparılması, böyümə və inkişafın izlənilməsinin nəticələrinin sənədləşdirilməsidir. Bu 
fasiləsiz bir prosesdir və çoxsaylı resurslar cəlb edir. Dəyərləndirmə erkən yaşlı uşaqların 
xarakterini əhatə etməlidir. 
 
Kiçik yaşlı uşaqların dəyərləndirilməsinin əsas məqsədi ayrı-ayrı 
şəxslər və uşaqlardan ibarət qruplar üçün müvafiq qrup fəaliyyətlərini müəyyənləşdirmək üçün 
müəllimlərə köməklik göstərməkdən ibarətdir.
4.2. Dəyərləndirmənin aparılmasına verilən tələblər 
 
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Münasib qaydada seçilmiş 
vaxt uşağın əhvali-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, uşağın təlim 
dilini asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
Dəyərləndirmə:
- uşaqların bilmədiklərini və ya bacarmadıqlarını aşkar etməyə deyil, bilik və bacarıqlarını 
göstərməyə xidmət edir;
-tərbiyəçi-müəllimlərin 
planlaşdırdıqları məşğələlərin və tətbiq etdikləri təlim 
strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə, habelə məktəbəqədər 
yaşlı uşaqların nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım olan 
dəyişiklikləri həyata keçirməyə imkan yaradır;
-uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli getmək səylərini 
möhkəmləndirərək müsbət emosional şəraitdə aparılır;
- uşaqların təlim fəaliyyətinə dair toplanmış müxtəlif formalı dəlillərə əsasən vaxtaşırı 
aparılır;
- hər bir uşağın xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və inkişaf mərhələsinə həssaslıqla 
yanaşmanı əks etdirir.
Qiymətləndirmə - məktəbəqədər yaşlı uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları 
haqqında məlumatın toplanması və dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə zamanı uşağın 
hərəkət və davranışları, müəyyən şəraitdə fəaliyyətinin nəticələri qiymətləndirmənin obyektinə 
çevrilir; qiymətləndirmə zamanı uşağın hərtərəfli inkişafı nəzərə alınır; uşaqlar özünün və 
yoldaşlarının nailiyyətlərinin qiymətləndirilməsi prosesində iştirak edir; uşağın mövcud və əvvəlki 
nəticələri arasında müqayisə aparılır; uşağın valideynləri və təhsil mütəxəssisləri ilə mütəmadi 
əlaqə saxlanılır və hər bir uşağın nailiyyətlərini müntəzəm olaraq izləyir. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin