26
4. Uşaq inkişafının dəyərləndirilməsi
4.1.Uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi
Məktəbəqədər dövrdə dəyərləndirmənin əsas məqsədi.
Dəyərləndirmə müşahidə prosesi,
qeydlərin aparılması, böyümə və inkişafın izlənilməsinin nəticələrinin sənədləşdirilməsidir. Bu
fasiləsiz bir prosesdir və çoxsaylı resurslar cəlb edir. Dəyərləndirmə erkən yaşlı uşaqların
xarakterini əhatə etməlidir.
Kiçik yaşlı uşaqların dəyərləndirilməsinin əsas məqsədi ayrı-ayrı
şəxslər və uşaqlardan ibarət qruplar üçün müvafiq qrup fəaliyyətlərini
müəyyənləşdirmək üçün
müəllimlərə köməklik göstərməkdən ibarətdir.
4.2. Dəyərləndirmənin aparılmasına verilən tələblər
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər.
Münasib qaydada seçilmiş
vaxt uşağın əhvali-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, uşağın
təlim
dilini asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
Dəyərləndirmə:
- uşaqların bilmədiklərini və ya bacarmadıqlarını aşkar etməyə deyil, bilik və bacarıqlarını
göstərməyə xidmət edir;
-tərbiyəçi-müəllimlərin
planlaşdırdıqları məşğələlərin
və tətbiq etdikləri təlim
strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə, habelə məktəbəqədər
yaşlı uşaqların nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım olan
dəyişiklikləri həyata keçirməyə imkan yaradır;
-uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını
və irəli getmək səylərini
möhkəmləndirərək müsbət emosional şəraitdə aparılır;
- uşaqların təlim fəaliyyətinə dair toplanmış müxtəlif formalı dəlillərə əsasən vaxtaşırı
aparılır;
- hər bir uşağın xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və inkişaf mərhələsinə həssaslıqla
yanaşmanı əks etdirir.
Qiymətləndirmə - məktəbəqədər yaşlı uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları
haqqında məlumatın toplanması və dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə zamanı uşağın
hərəkət və davranışları, müəyyən şəraitdə fəaliyyətinin nəticələri qiymətləndirmənin obyektinə
çevrilir; qiymətləndirmə zamanı uşağın hərtərəfli inkişafı nəzərə alınır;
uşaqlar özünün və
yoldaşlarının nailiyyətlərinin qiymətləndirilməsi prosesində iştirak edir; uşağın mövcud və əvvəlki
nəticələri arasında müqayisə aparılır; uşağın valideynləri və təhsil mütəxəssisləri ilə mütəmadi
əlaqə saxlanılır və hər bir uşağın nailiyyətlərini müntəzəm olaraq izləyir.
Dostları ilə paylaş: