29
Bu dövrdə uşaqların orqanizminin müqaviməti artır, əsəb sistemi daha da davamlı olur
və əmək qabiliyyəti yüksəlir. Oyaqlıq dövrünün müddəti yuxuya nisbətən daha uzun olur. 1,5 yaşa
qədər uşaqlar 3-3,5 saat oyaq qala bilirlər, 1,5 yaşdan sonra isə bu müddət 5 saata qədər artır.
Qıcıqlanma və tormozlanma prosesləri daha differensial və dolğun olur. O, fiziki cəhətdən
möhkəmlənir və çevikləşir. Bu dövrdə uşağın mərkəzi sinir sistemində də nəzərə çarpacaq
dəyişiklik baş verir. Onda özünü göstərən mühüm cəhətlərdən biri əsas hərəkətlərin daha
mürəkkəb növləri üçün zəmin yaradan düzxətli hərəkət vərdişinin xeyli təkmilləşməsidir. Bu
uşağın ətraf mühitə münasibətini dəyişir, psixologiyasının formalaşmasına təsir göstərir.
İkinci yaşın axırlarından uşağın ünsiyyətin vasitə və yollarını dərk etməyə başlaması mənəvi
tərbiyə üzrə işin aparılması üçün zəmin yaradır. Bu dövrdə kollektivdə uşaqların birgə fəalliyyəti
tədricən xeyirxah, emosional ünsiyyət münasibətləri yaradır.
Təlim prosesində, məşğələlərdə, gündəlik həyatda tərbiyəvi işin düzgün qurulduğu şəraitdə
uşaqlarda məişət əşyaları və oyuncaqlarla düzgün davranmaq bacarığı yaranır. Əşyalarla təmasda
olan və fəalliyyət göstərən uşaq onları xassələrinə ( formasına, ölçüsünə ) görə fərqləndirə bilir.
Həyatın ikinci ilində uşağın indiyədək düşünülməmiş tərzdə həyata keçirdiyi hərəkətlər sistemi
əşyavi fəaliyyətə çevrilir. Əşyavi- manipulyativ fəaliyyət bu dövrün aparıcı fəaliyyət tipi olmaqla,
uşaq şəxsiyyətinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bu prosesdə uşaq əşyaları
söküb-yığmaqla onların xassələrini dərk edir. Uşağın əşyalarla davranışı fəal sürətdə formalaşır və
bununla eyni vaxtda onda nitqmənimsəmə prosesi baş verir. Bu isə ümumiləşdirməyə aparma
qabiliyyətinin və əyani-obrazlı dərketmənin inkişafını təmin edir. Bu dövrdə uşağın nitqinin
inkişafı onun sonrakı uşaqlıq illəri üçün xüsusi əhəmiyyət kəsb edir. Söz ehtiyatı 1 yaşda 10-20
söz, 1,5 yaşda 30-40 söz, 2 yaşda isə 300-ə qədər sözü əhatə edir.
İkinci ilin axırlarına uşaqların inkişafı arasında kəskin fərdi fərqlər özünü səbətarıq şəkildə
göstərir. Ona görə də hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması zərurəti qarşıya çıxır.
Erkən yaş dövründə uşağın şüurunda yaranan ən mühüm yenilik onun öz fərdiliyini “Mən”
obrazını dərk etməsidir. Bu dövrdə həmçinin uşaq özünü şəxsiyyətlərarası münasibətlərdə subyekt
qismində dərk edir. Onu yalnız böyüklər deyil, həm də öz yaşıdları maraqlandırır. Erkən yaş
dövründə oyun fəaliyyətinin yaranması üçün də psixoloji zəmin yaranır.
Ətraf aləmdə
Dostları ilə paylaş: