27
Dəyərləndirmənin 3 növündən istifadə olunur:
Diaqnostik qiymətləndirmə -( ilkin).
Formativ qiymətləndirmə - (davamlı)
İnkişafa dair yekun hesabat
Diaqnostik (ilkin) qiymətləndirmə
zamanı uşaqlar haqqında toplanan məlumat onların
inkişafında mövcud olan fərqləri aşkar edir və təlimin planlaşdırılması üçün şərait yaradır.
Diaqnostik mərhələdə toplanan məlumatlar gələcəkdə uşağın inkişafının
izlənilməsi və
müqayisələrin aparılması üçün indikatorlar (göstəricilər) yaradır.
Formativ (davamlı)
qiymətləndirmə
müntəzəm şəkildə, müəyyən
intervallar ilə gündəlikdə
baş verən qiymətləndirmədir. Məqsəd: “uşaqlar necə öyrənir və inkişaf edir?” sualına
cavab
verməkdir.
İnkişafa dair yekun hesabat
isə 3 və 6 yaşın sonunda uşağın
inkişaf və təliminin
qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanmasıdır. Uşaq bu
hesabatla növbəti mərhələyə
qədəm qoyur.