estetik və yaradıcı inkişafını təmin etmək üçün aşağıdakı strategiyalara istinad
edilməsi məqsədəmüvafiqdir:
•
yaradıcılığa həvəsləndirən müvafiq mühitin yaradılması;
•
rəqs, musiqi, rəsm, yapma və s. kimi müxtəlif incəsənət növlərindən istifadə edilməsi;
•
qiymətləndirmə bacarığının yaradılması;
•
uşaqların fəal şəkildə öyrənməsi, təsəvvür etməsi və yaradıcılıq fəaliyyəti göstərməsi üçün
qrup otağında şəraitin yaradılması;
•
yaradıcı düşünməni və özünüifadəni asanlaşdırmaq üçün müəllimin uşaqlarla interaktiv
fəaliyyətinin yaradılması;
•
estetik inkişafın təmin edilməsi üçün ailələrin maarıfləndirilməsi;
Pedaqoji prosesin təşkili zamanı hər bir uşağın inkişaf səviyyəsi haqqında məlumatın alınması
üçün əks-əlaqə təmin olunmalıdır.
1-3 yaş dövründə t əlim prosesində aşağıdakı prinsiplərə istinad edilir:
Müəllimin rolu uşaqla qarşılıqlı fəaliyyətdə, ətraf aləmin dərk edilməsində onun tərəfdaşı
olmasıdır. Müəllim bütün uşaqlar üçün bərabər imkanların yaradılmasını, onların şəxsi və ictimai
hüquqlarına riayət olunmasını, emosional rahatlığını, həyat və sağlamlıqlarının müdafiəsini təmin
etməlidir. Uşağın inkişafı və təliminin təşkilinin əsas aspektləri bunlardır:
- daha yüngül və müxtəlif formalarda stimullaşdırıcı təlim, təlimin uşaqların fərdi ehtiyaclarına
uyğunlaşdırılması, o cümlədən müxtəlif situasiyalar və materialların arasında seçim imkanının
nəzərə alınması;
– uşağın fərdi xüsusiyyətlərini, maraq və ehtiyaclarını nəzərə almaqla, uşağın inkişafının diqqətlə
müşahidə edilməsi;
-müşahidələrin nəticələrinin davamlı və yenidən qiymətləndirilməsi məqsədilə uşaqlar haqqında
cavabdeh və xeyirxah, eləcə də diqqətli təhlili və müvafiq qərarların qəbul edilməsi;
- üzləşdiyi zəruri təlim məsələlərinin həlli zamanı çeviklik və kreativlik nümayiş etdirmək;
-uşaqların inkişafı və nailiyyətləri haqqında valideynlərlə fikir mübadiləsi aparmaq, ailələrlə əlaqə
saxlamaq;
– həmkarlarla, mütəxəssislərlə, cəmiyyət üzvləri ilə əməkdaşlıq münasibətlərinin qurulması:
uşağın ilk müəllimi kimi ailənin rolu, uşağın inkişaf və təliminin təşkilində məktəbəqədər
müəssisənin tərəf müsəbətili olması.
Erkən yaş dövründə oyun, sujetli və inteqrativ təlim formalarından istifadə olunur. Təlim uşaqlar
üçün maraqlı fəaliyyət prosesində bilavasitə, dolayısı ilə təşkil edilir.
3-6 yaşlı uşaqlarla işləyən müəllim uşağın inkişaf və təliminə yönəlmiş, tələblərə tam cavab verən
strategiyaları seçməkdə sərbəstdir. Fərdi xüsusiyyətlərə riayət etmə, hər bir uşağın inkişaf və
təliminin xüsusi ritmi və hər bir uşağın potensialından istifadə əsas tələblərdəndir. Müəllimlər
tərəfindən seçilən strategiyalar kurikulumun prinsiplərinə söykənməlidir.
Təlim prosesində aşağıdakı prinsiplərə istinad edilir: