Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə23/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   19   20   21   22   23   24   25   26   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

4.4. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.

4.4.1.Sadə qaydalara 
dözümlülük göstərir. 
4.4.1. Verilmiş tapşırıqlara 
dözümlülük nümayiş etdirir. 
4.4.1. Müxtəlif 
situasiyalarda dözümlülük 
nümayiş etdirir. 
4.4.1. Ətrafdakı insanlar arasındakı 
fərqlərə (fiziki, irqi, milli, dini, cinsi, 
sosial) dözümlülük nümayiş etdirir. 

4.4.2. Fəaliyyət zamanı güzəştə 
gedir, bölüşür və digərlərinə 
kömək edir. 
4.4.2. Böyüklərə və 
həmyaşıdlarına qarşı 
xeyirxahlıq, qarşılıqlı kömək, 
dostluq, diqqət nimayiş 
etdirir. 
4.4.2.Özünün və 
yoldaşlarının hərəkətlərini 
düzgün qiymətləndirir, 
oyuncaqlarını, rollarını 
bölüşür. 
4.4.2.İnsanlara qarşı qayğıkeş münasibət 
bəsləyir, çətinlik zamanı kömək edir. 


19 
2.3. İNTEQRASIYA
İnkişaf sahələrinin inteqrasiyası 
Məktəbəqədər təhsildə inteqrasiya məktəbəqədər yaşlı uşaqların təfəkküründə dünyanın 
bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa 
istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri 
qurmaq və onları sistemləşdirməkdir. 
Uşaq nə qədər kiçikdirsə, onun inkişafı da daha az differensial olur. Təlim vəzifələri o 
zaman daha səmərəli həll olunur ki, müəllim təlim-tərbiyə prosesinin təşkilində inteqrativ 
yanaşmadan daha məqsədyönlü istifadə edir. İnkişaf sahələrinin inteqrasiyasını fiziki inkişaf, 
sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi nümunəsində izah edək. Inteqrasiya prinsipinə əsasən 
bu inkişaf sahəsi təkcə idman məşğələsində, gimnastikada, idman oyunlarında deyil, bütün uşaq 
fəaliyyətində həyata keçirilir. Müəllim inkişaf və təlim prosesini elə təşkil etməlidir ki, bütün 
fəaliyyət növlərində uşaqlardan daha çox hərəki fəallıq tələb edilsin. Belə yanaşma nəinki təkcə 
fiziki inkişafı stimullaşdırır, həm də digər vəzifələrin daha uğurlu həllinə kömək edir. Digər 
tərəfdən bir inkişaf sahəsi üzrə təşkil edilmiş prosesdə digər inkişaf sahələrinin vəzifələrinin 
həllinə də diqqət yetirmək lazımdır: 
-hərəkətli və idman oyunları zamanı təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması; 
-idman məşğələlərində mənəvi keyfiyyətlərin (cəsurluğun elementlərinin genişləndirilməsi, 
biri-birinə kömək etmək, özünün və yoldaşlarının hərəkətini qiymətləndirmək və s.) inkişafı 
üçün pedaqoji situasiya yaratmaq; 
- idman avadanlıqlarının yığışdırılmasına uşaqların cəlb edilməsi; 
-uşaq təfəkkürünün fəallaşdırılması (oyunu, avadanlığı, oyuncağı və s.müstəqil seçmək, 
məkana bələdləşmə üçün xüsusi tapşırıqlar, böyüklərin əməyini, heyvanların hərəkətini 
imitasiya etməklə ətraf aləm haqqında təsəvvürlərin möhkəmləndirilməsi və s. vasitəsilə); 
-hərəki fəallıq prosesində hərəkət və tapşırıqların adlandırılması ilə fəal nitqin 
genişləndirilməsi;
-şeir, saymaca, nəğmələrin oyun və tapşırıqlarla müşayət olunması; 
-uşaqların diqqətinin estetik cəhətdən yoldaşlarının, müəllimin xarici görünüşünə, 
müəssisənin tərtibatına yönəltmək və s; 
Analoji olaraq, inteqrativ yanaşma 4 inkişaf sahəsi üzrə vəzifələrin realizə olunması zamanı 
nəzərə alınmalıdır. 
Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən inteqrativlik əsas prinsip kimi 
götürülmüşdür. Sənəddə məktəbəqədər inkişaf sahələri arasında əlaqə və ardıcıllığın 
gözlənilməsi, bilik, bacarıq və vərdişlərin yaş qrupuna uyğun inkişaf etdirilməsi mühüm 
pedaqoji tələb kimi qoyulmuş və inteqrasiya yaş pillələri, inkişaf sahələri arasında qarşılıqlı 
əlaqə və asılılığın əsasına gətirilmişdir. Nəzərə alınmışdır ki, uşaqlar inteqrativ bacarıqlara 
yiyələnməklə öyrəndikləri arasında qarşılıqlı əlaqəni başa düşəcək, onlardan şəxsi və ictimai 
problemlərin 
həllində 
istifadə 
edəcəklər.


20 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin