Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


 Məktəbəqədər təhsil strategiyaları



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə24/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   20   21   22   23   24   25   26   27   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

3. Məktəbəqədər təhsil strategiyaları 
3.1. İnkişaf və təlim strategiyalarının mahiyyəti 
 
Strategiya - əvvəlcədən müəyyən edilmiş nəticəyə (nəticələrə) çatmaq üçün hazırlanan 
məqsədlər zənciri, subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir. 
Strategiya minimal əmək, vaxt və resurs sərf etməklə nəticəyə necə çatmağın yollarını 
göstərir. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi
 
qərarlar
 
toplusu daxildir. Təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən 
forma, üsul və vasitələri əhatə edir. Yeni kurikulumlarda təlim strategiyaları anlayışının 
işlənilməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk 
növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını 
tələb edir.
Fasiləsiz təhsil sisteminin ilk tərkib hissəsi məktəbəqədər təhsildir. Gözlənilən nəticələri 
ilə fərqlənən bu pillə sonrakı mərhələlər üçün əsas bünövrə rolunu oynayır. Gözlənilən 
nəticələri ilə fərqlənən bu pillə bir-birini tamamlayır və ardıcıl olmaqla təhsilin ümumi 
sistemini təşkil edir.Ona görə də təhsilə bir sistem kimi baxılır. Məktəbəqədər təhsil 
demokratikləşmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdırmə, sosiallaşma, 
variativlilik, inteqrativlik və inkluzivlik kimi aparıcı prinsiplərə əsaslanır.
İnsanın sosiallaşması prosesində ümumbəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif 
fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yanaşılır. Onun 
didaktik əsasını qanunauyğunluq, məqsədyönlülük, sistemlilik, fasiləsizlik, variativlik, 
mərhələlilik, fərdilik təşkil edir.
Təhsil həm də bütövlükdə tərbiyəçi-müəllim, uşaq və valıdeynin birgə fəaliyyətinin 
yekunu olduğundan ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi 
qiymətləndirilir.
Məktəbəqədər təhsilin kurikulumunda təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
- təlim prosesi və onun təşkili prinsipləri;
- təlimin təşkilində istifadə olunan forma və üsullar;
- təlimin planlaşdırılması. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin