Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə28/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   24   25   26   27   28   29   30   31   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Şəxsiyyətyönümlülük

Şəxsiyyətyönümlülük uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb 
edir. Həyatda lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. Bu iş 
məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata 
keçirilməsində onun nəzərə alınması vacib hesab edilir.


24 
Differensiallaşdırma və fərdiləşdirmə. 
Bu prinsip uşaqların fərdi xüsusiyyətlərini, maraq və 
tələbatlarını, fiziki və əqli inkişaf səviyyələrini, psixo-fizioloji xüsusiyyətlərini nəzərə almağı, onların 
təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir.
İdrak fəallığı. 
Idrak fəallığı məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, 
onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır, uşaqlarda hər hansı problemin həlli 
tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir.
Əyanilik. 
Bu prinsip məktəbəqədər təhsil müəssisələrində uşaqların öyrənməyə olan marağını 
stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır.
Əməkdaşlıq. 
“Tərbiyəçi-müəllim-uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin 
olunmasını nəzərdə tutur.
Nəticəyönümlülük

Bu prinsip fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında 
qurulmasını tələb edir.
 
3.3. Təlimin forma və üsulları. 
İnkişafetdirici mühitin mahiyyəti və prinsipləri 
Təlim mühiti planlaşdırılmış və plansız şəkildə fəaliyyət göstərə bilər. Planlaşdırılmış 
fəaliyyət günün əsas hissəsini təşkil edir. Rejim anlarında təlimdən kənar fəaliyyətlərə 
məktəbəqədər yaşlı uşaqlar üçün zəruri olan stabillik və tanışlıq, öyrənmə fəaliyyətləri məzmun 
sahələrinə və böyüklər tərəfindən planlaşdırılan xüsusi məqsədlərə malikdir. Planlaşdırılmış və 
plansız fəaliyyətlər üçün xoş, təhlükəsiz mühit, sağlam, təmiz, isti və stimullaşdırıcı sahələr 
yaradılır ki, bu sahələrdə tənqidi düşüncə bacarıqları, müxtəliflik, çoxmədəniyyətlilik kimi 
məsələlər formalaşdırılır və öyrənmə bacarıqlarının genişləndirilməsi və formalaşdırılması üçün
şərait yaradılır. Mühit “üçüncü tərbiyəçi” hesab edilir. 
• 
Açıq havada və qrup otağında inkişaf və təlim mühiti bütün yaşlar üçün eyni dərəcədə 
əhəmiyyətlidir;
• 
Açıq havada uşaqlar üçün tədqiqat aparmaq, kəşflər etmək və öyrənmək üçün mühüm 
imkanlar mövcuddur; 
• 
Açıq havada mühitin “canlılığı’ və “bənzərsizliyi” hər gün uşaqların təcrübədən keçirə 
biləcəkləri yeni kəşflərlə zəngin olur; 
• 
Uşaqların hərəkət etmələri (qaçmaları, tullanmaları, dırmanmaları, oynamaları) üçün 
yerlər; çevik və uşaqların asanlıqla idarə edə bildikləri materiallarla təminat; estetik cəhətdən 
gözəl olan yerlər, heyvanlar üçün yerlər, uşaqların asanlıqla ünsiyyət yarada bilmələri üçün şərait, 
təsviri fəaliyyət üçün yerlər nəzərdə tutulmalıdır.
Erkən dövrdə mühit inkişafetdirici xarakter daşımalıdır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin