Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə62/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   58   59   60   61   62   63   64   65   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Kollektiv iş 
zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ 
bacarıqların inkişafı təmin edilir.
1-3 yaşlı 
uşaqlarla iş zamanı aşağıdakı 
iş üsullarından
istifadə edilə bilər: 
Sujetli -rollu oyunlar
. Süjetli-rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən 
yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq 
imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti görürlər. Tərbiyəçi-müəllim ilə 
birgə fəaliyyət göstərir, tanış süjetə yeni epizodlar qoşur. Böyüklərın köməyi ilə öz oyunu üçün 
oyuncaqlar seçir. Oyuncaq ilə tanış əməliyyatı müxtəlif oyun situasiyasına keçirir. Tərbiyəçi-
müəllim suallar qoymaq yolu ilə oyunu inkişaf etdirməyi bacarır.(“Kukla yedi. Sonra o nə 
edəcək?”, “Salfet haradadır?”, “Kukla yatmaq istəyir?” və s.). Təlim prosesinə belə oyun 
elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını 
genişləndirir:
 
-Tikinti materiallarından (böyük və kiçik kərpiclər) süjetli oyunun inkişafı üçün tikinti 
quraşdırmağa həvəs göstərir. 
- Oyun prosesində müəyyən rola uyğun hərəkətlər edir; ananın, həkimin, sürücünün rolunu ifa 
edir, tanıdığı heyvanların səsini və hərəkətini təqlid edir və s.
 
Hərəkətli oyunlar
.
Birgə oyuna qoşulur. Sadə məzmunlu və hərəkətli oyunlardan istifadə 
edir. Bu zaman oyunu əvvəlcə kiçik qruplarla, sonra birgə oynamağı təşkil etmək lazımdır. 
Didaktik oyunlar.
 
Oyuncaqlar və stolüstü çap oyunları uşaqların inkişafı üçün mühüm 
vasitədir. Ona görə də əşyanın rəngi, forması, böyüklüyü ilə əlaqədar oyunlar keçirmək lazımdır.
Belə oyunlar uşaqların diqqətinin, təfəkkürünün, qavrayışıının, təxəyyülünün, kiçik motor 


58 
hərəkətlərinin inkişafını təmin edir. Oyuncağı hissələrinə ayırmaq və yığmaq üzrə oyunların təşkili 
məqsədə uyğundur. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin