Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə60/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   56   57   58   59   60   61   62   63   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

oxunması və müzakirəsi

Pedaqoji situasiyanın, sosial-mənəvi məzmunlu söhbətlərin, maraqlı fakt və hadisələr 
haqqında tərbiyəçi-müəllimin xüsusi söhbətlərinin, uşaqlarla 
situativ söhbətlərin 
təşkili; 
Gəzintidə, təbiətdə böyüklərin əməyinin və fəslə uyğun 
müşahidə; 
-Əməli fəaliyyət (rəsm, yapma); 
- Mahnının oxunması, rəqslər; 
-Hərəkətlərin inkişafı üzrə məşğələlər; 
-Rejim anlarında təlim fəaliyyəti 
Fiziki inkişaf: 
möhkəmləndirici prosedurlar kompleksi (gəzintilər, hər dəfə yeməkdən qabaq 
əllərin sərin su ilə yuyulması, yeməkdən sonra ağızın yaxalanması, hava və su prosedurları), səhər 
gimnastikası, hərəkətli oyun və tapşırıqlar. 
Şəxsiyyətyönümlü-sosial
inkişaf: rejim anlarında situativ söhbətlər; kiçik tapşırıqlar 
vasitəsilə əmək vərdişlərinin inkişafı; rejim anlarında təhlükəsiz davranma vərdişlərinin 
formalaşdırılması; 
İdrakın inkişafı:
inkişafetdirici mühitin təşkili; oyun, müşahidə, şəkillərə, illüstrasiya və 
cizgi filmlərinə baxış zamanı uşaqlarla sərbəst dialoqun yaradılması; 
Əmək fəaliyyətlərinin və gigienik prosedurların adlandırılması,
uşaqların nitq fəallığının 
genişləndirilməsi. 
Bədii estetik inkişaf: 
uşaqların gündəlik həyatında, oyunda,
 
əyləncələrdə, gəzintidə, təsviri 
fəaliyyətdə, səhər gimnastikası zamanı musiqidən istifadə etmək, uşaqların diqqətini ətraf mühitdə 
olan müxtəlif səslərə, gözəlliyə, avadanlıqlara, oyuncaqlara cəlb etmək. 
Erkən dövrdə uşağın inkişafı və təlimi ilə bağlı pedaqoji prosesin təşkilinin aparıcı forma və 
vasitəsi müstəqil və ya böyüklərin köməyi ilə yerinə yetirə biləcəyi istənilən fəaliyyət növüdür.
 
3.2. İnkişaf və təlim strategiyalarının mahiyyəti 
Təlim strategiyasının uşağın yaş, fərdi, həmçinin digər xüsusiyyətlərinə uyğunluğu. 
Bütün uşaqlar müəyyən inkişaf mərhələlərini keçir. Hər bir uşaq yaş dövrünə müvafiq müəyyən 


56 
inkişaf xüsusiyyətlərinə malikdir. Lakin, bütün uşaqlar bir-birindən fərqlənir. Məktəbəqədər 
müəssisələrdə çalışan pedaqoji işçilər uşaqların həm yaş, həm də fərdi inkişaf xüsusiyyətlərini 
bilməli, anlamalı, həmçinin bunu təlim strategiyasının seçimində və fəaliyyət növlərinin 
planlaşdırılmasında nəzərə almalıdır.
Tərbiyəçi-müəllimlər uşaqların inkişafı haqqında müşahidə və uşağın ailəsindən alınan 
məlumatların köməyi ilə fəaliyyəti uşaqların fərdi xüsusiyyətlərinə uyğunlaşdırmalıdırdar. Bunun 
üçün aşağıdakıların nəzərə alınması zəruridir:

Təlim strategiyasının uşaqların fərdi təlim üslubuna (üç əsas təlim üslubu mövcuddur: 
vizual, eşitmə və kinestetik (ağlın və bədənin mükəmməl bir fiziki işlə birləşdirilərək müəyyən bir 
məqsədə yönəlmiş fəaliyyətlərin toplanması qabiliyyəti)) uyğunlaşdırılması.

Təlimin differensiallaşdıırılması. (bu zaman pedaqoqlar uşaqlara onların hazırlıq 
səviyyələrinə uyğun tapşırıqlar verir.)

Uşaqlara fəaliyyət növlərinin seçimi imkanının verilməsi.

Müxtəlif iş formaları, kollektiv, kiçik qruplarda, həmçinin fərdi tapşırıq imkanlarının və 
təlim vəziyyətlərinin təklif olunması ilə uşaqların müxtəlif tələbatlarının nəzərə alınması.

Uşaqların fərdi tələbatlarına uyğun olan təlim mühitinin və təlim vəziyyətinin yaradılması.

Uşaqların hamısının təlim məqsədlərinə çatması və uğur əldə etməsi üçün müxtəlif bacarıq 
səviyyələri üçün müxtəlif təlim materiallarının təmin olunması.
Fəaliyyətlər planlaşdırma tələb edən təlim strategiyasıdır.(uşaqlara hansı suallar verilməlidir, 
uşağın təfəkkürünü stimullaşdırmaq üçün hansı müzakirələr aparılmalıdır və s.).
Sualların verilməsi, müzakirələrin aparılması, uşaqların fikirlərinin təhlili tərbiyəçi-müəllimin 
dəstəyini, prosesin istiqamətləndirilməsini və cavabların uşaqların özləri tərəfindən tapılması 
imkanlarını verməklə, sulların tərbiyəçi-müəllim tərəfindən cavablandırılmamasını tələb edir. 
Uşaqlar oxşar müzakirələr və təcrübə əsasında ətraf aləmi dərk edirlər. Uşaqların yeni bacarıqlar 
əldə etməsi, kəşf etməsi və öyrənməsi üçün səmərəli mühit yaratmaq lazımdır. Seçilən mühitlərin 
uşağın həyat və mühafizəsini zəmanət altına alması, özünü inkişaf etdirə bilməsi və ətrafdakılarla 
sağlam əlaqələr yaratmasına imkan verən, problemi həll etmə bacarıqlarının formalaşdırılması,
başqaları ilə birlikdə çalışmasını təmin edən və potensialını ortaya çıxaran uşağa müsbət 
emosional mühitlər olmasına diqqət göstərilməlidir. Eyni yaş qrupunda olan uşaqların eyni vaxtda 
hər bir standarta əməl etməsi və yaxud da eyni dərəcədə mükəmməllik göstərilməsi gözlənilmir. 
Uşaqlarin necə böyüməsi və inkişaf etmələri onlardan gözlənilən nəticələr ilə birgə uşaqların təlim 
təcrübələrinin inkişaf etdirilməsi, həyata keçirilməsi və maksimallaşdırılması mühüm əhəmiyyət 
kəsb edir. 
Erkən dövrdə uşağın inkişafı və böyüməsi kontekstində onlardan hansı nəticələrin 
gözlənildiyini müəyyənləşdirməlidir. Bu sahəyə dair müəyyən biliklə məktəbəqədər təhsil 
müəssisəsində çalışan müəllimlər qrup və eləcə də fərdi uşaqlar üçün müvafiq planın tutulması və 
strategiyanın müəyyənləşdirilməsinə dair müəyyən qərarlar verə bilərlər. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin