ana dilinə yiyələnir və əlbəttə ünsiyyəti öyrənir.
Məktəbəqədər yaşda uşaqların oyun kateqoriyaları. Oyunların bütün növləri məktəbəqədər
yaşlı uşaqların inkişafı və təlimi üzrə pedaqoji fəaliyyətin əsası olmalıdır.
Tənha oyun: materiallar və ideyalarla təkbaşına oyun.
Paralel oyun: Bəzən bir-birini təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə edərək
fərqli fəaliyyət növünü həyata keçirməklə yaxınlıqda oyun.
Əməkdaşlıq oyunları: ümumi maraqlara, həll üçün problemlərə malik olmaqla, ideya, rol
mübadiləsi ilə digər uşaq və ya uşaqlar qrupu ilə əməkdaşlıqla oyun.
Sərbəst oyunlar: təkbaşına və ya yaşıdları ilə oyun, bu zaman yalnız oyun iştirakçıları
tərəfindən tələb olunduqda böyüklərin dəstək göstərməsi.
Sensomotor oyunlar: müxtəlif materiallardan hazırlanmış
şax-şaxların köməyi ilə səs
çıxararaq, su və qumu qarışdıraraq və ya papye-maşedən formalar hazırlamaqla həm hisslərin, həm
də fiziki hərəkətlərin istifadəsi ilə əşya /obyektlərin xüsusiyyətlərinin öyrənilməsi.
Konstruktiv oyun: taxta kubların və ya leqoların istifadəsi ilə oyuncaq maşınlar üçün
qarajların tikintisi kimi müxtəlif üsulların istifadə konstruksiyaların yaradılması.
Süjetli-rollu oyun: xəyali (məsələn, atanı, mağazada satıcını və ya xəstəxanada həkimi təsvir
edərək) rolların qəbul olunması, hisslər, hadisələr, insanlar, heyvanların imitasiya və təsviri, müvafiq
dil və jestlərdən istifadə.
Simvolik oyun: simvolik və ya xəyali olaraq konkret əşya/obyekt, hərəkət və ya hadisələrin
təsvir olunması. (Uşaqlar böyüdükcə, uşaqların simvolizə etmək istədikləri əşyanin forma və
funksiyaları üzrə daha az realistik olan inşaat blokları və ya qutular kimi obyektləri istifadə etməyə
başlayırlar. Simvolik oyun konstruktiv və dramatik oyun təşkil edir.) və s.
Erkən dövrdə uşağın inkişafı və təlimi ilə bağlı pedaqoji prosesin təşkilinin aparıcı forma və
vasitəsi onun müstəqil və ya böyüklərin köməyi ilə yerinə yetirə biləcəyi istənilən fəaliyyət
növüdür.
Erkən dövrdə (