Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə57/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   53   54   55   56   57   58   59   60   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Daxili inkişafetdirici mühit:
Fəaliyyət mərkəzləri belə mühitin yaradılması üçün əsas 
vasitədir. Belə mühit uşağın maraq (müxtəlif mərkəzlər və müxtəlif materiallar) və ehtiyaclarına 
(uşağın fəaliyyət mərkəzini seçmək imkanı) uyğun təlimi təcrübədə həyata keçirməyə imkan verir.
Xarici inkişafetdirici mühit:
Uşaq bağçasının sahəsi daxili məkanda mümkün olmayan 
imkanları təmin etməlidir. 


53 
Müəssisənin həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, yeməli meyvə və 
tərəvəz, qum, daş, gil, su və digər təbii elementlər daxil olmalıdır.
Bu məkan təbiəti ilə əlaqə, 
imkan və kəşfləri təmin etməyə qadirdir. Belə sahələr ətraf aləmin öyrənilməsinə, təbiətə qayğının 
vacibliyinin dərk edilməsinə kömək edir, eyni zamanda fasiləsiz ekoloji təhsili təmin edir. 
Həm daxili, həm də xarici inkişafetdirici mühit uşağın təliminin bütün aspektlərini təmin edir 
və müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə kömək edir. İnkişafetdirici 
mühitin hər iki növü uşağın inkişafında daimi əməkdaşlıq və təlimi üçün imkanları təmin edir. 
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması bütün inkişaf sahələri üzrə uşaqların 
təliminə müsbət təsir göstərir.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisələrində 
müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Bu guşələr inkişaf sahələr üzrə qurulur və 
uşağın inkişafını təmin edir. Məktəbəqədər qruplarda şərait elə yaradılır ki, bu da uşağa sərbəst 
seçim imkanı verməlidir. Hər yaş qrupunda bir neçə guşələr (fəaliyyət mərkəzlərinə) yaradılır ki, 
bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunur. Yaş 
qruplarına əsasən guşələr müxtəlif olur. 
Guşələr aşağıdakı şərtlər nəzərə alınmaqla tərtib olunur:
1.Uşaqların maraq və inkişaf ehtiyacları.
2.Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
• riyaziyyat guşəsi;
• kitab guşəsi;
• stolüstü oyunlar guşəsi;
• elm guşəsi;
təsviri fəaliyyət guşəsi;
• qum və su guşəsi;
• tikinti materialları guşəsi;
• sujetli-rollu oyunlar guşəsi;
• məişət-təsərrüfat guşəsi;
• milli guşə;
gəlincik guşəsi;
• nəqliyyat guşəsi;
• təbiət guşəsi;
• əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.
Bu materiallar həm dövlət tərəfindən verilir, həm də tərbiyəçi-müəllim, valideyn və uşaqlar 
tərəfindən hazırlanır.
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi materiallarla təchiz olunur. 
Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə 
aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, müxtəlif bitkilər, yarpaqlar) 
uşaqların əli çatan vəziyyətdə qoyulmalı və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil 
davranmağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar 
kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə 
bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar birgə oynamaq və əməkdaşlıq etməyi öyrənirlər.
İnkişafetdirici və dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların 
təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 


54 
Böyüklər uşağın necə öyrənməsi prosesinə təsir göstərən şəraiti və materialları təmin edir, 
onların daha çox qarşılıqlı münasibətlər daxilində fəaliyyət göstərmələrini və özlərini ifadə etdiklərini 
reallaşdırır, lakin oyun prosesini formalaşdıran rol və vəzifələri uşaqlar özləri müəyyənləşdrirlər. 
Oyun uşaqlarda tədqiqat, risk etmə, sosiallaşma və təlimə motivasiyanı stimullaşdırır. Oyun vasitəsilə 
uşaqlar onların həyatlarına uyğun maraqlar və məna kəsb edən məsələləri araşdıra və bununla bağlı 
öz maraqlarını əks etdirə bilərlər. İnkişafetdirici mühit azad oyun üçün imkanlarla zəngin olmalıdır. 
Tərbiyəçi-müəllimlər uşaqları həvəsləndirməli və həm otaqda, həm də sahədə müxtəlif oyun şəraiti 
yaratmalıdırlar. Uşaq öz oyununa özü rəhbərlik edirsə, deməli,o, fəaliyyət mərkəzləri arasında 
hərəkət imkanlarına malikdir. Oyun prosesində uşaq təkcə onu əhatə edən dünyanı deyil, həm də 
özünü dərk edir. Uşaq oynaya-oynaya bilik qazanır, qazandığı biliyi fəaliyyətə çevirir, təfəkkürü və 
təxəyyülü inkişaf edir,

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin