60
Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu
məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar
özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim
məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki,
uşaqlar
təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal,
qarşılıqlı ünsiyyətdə olurlar.
Fəal təlim metodlarından istifadə təlim prosesinin təşkilinə,
tərbiyəçi-müəllim və uşaq
münasibətlərinə yeni məzmun gətirir, bu münasibətlərin dəyişdirilməsini, onlar arasında
pedaqoji
əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə
əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir.
Məktəbəqədər təhsil müəssisələrində təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından
başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələşdirilməsi
xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın, əsasən,
aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir:
perspektiv
(illik) planlaşdırma;
cari
(həftəlik) planlaşdırma.
Dostları ilə paylaş: