Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə54/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   50   51   52   53   54   55   56   57   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

bilik, 
yerinə yetirir
– 
isə 
fəaliyyət 
hissəsidir. Bütün fəaliyyətlərdə uşağın təfəkkür fəallığının inkişaf etdirilməsi, psixomotor 
bacarıqların formalaşdırılması zəruri tələb kimi diqqət mərkəzində saxlanılmışdır. Deməli, məzmun 
standartları birtərəfli deyildir, o, bilik hissəsinin təcrübədə tədqiq olunaraq bacarığa çevrilməsini 
təmin edir. Bütün bunlar isə məzmun standartlarında qoyulmuş bütün biliklərin bacarıqlar 
formasında möhkəmləndirilməsinə səbəb olur ki, bu da uşaqlarda səriştələrin formalaşıb 
möhkəmləndirilməsinin əsasını qoyur.
Məktəbəqədər təhsilin kurikulumu inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, uşaqların 
ibtidai təhsil üçün hazırlanması və uşaq şəxsiyyətinin formalaşmasına imkan yaratması, onlarda 
sadə həyati bacarıqların formalaşması ilə bağlıdır. Ona görə də məktəbəqədər təhsil kurikulumunda 
verilən standartlar biri digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından elə 
ardıcıllıqla verilir ki, onların vasitəsilə uşaq şəxsiyyətinin formalaşması və inkişafını izləmək 
mümkün olur. Məktəbəqədər təhsil kurikulumunda təlimin bütün məzmun komponentləri arasında 
struktur əlaqələrinin qurulması əsas prinsiplərdən olan inteqrasiyanın şaquli və üfüqi inteqrasiya 
formasında sistemləşdirilməsini təmin edir. Şaquli inteqrasiyada yaş qrupları və inkişaf sahələri 
arasındakı əlaqə, ardıcıllıq və sistemlilik, üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf 
sahələri üzrə əsas və alt standartlar arasındakı əlaqəlilik və ardıcıllıq təmin olunur.
 
Bütün hallarda uşaqların inteqrativ standartlar əsasında bacarıqlara yiyələnməsi diqqət 
mərkəzində saxlanılır. Məzmun yaş qrupuna uyğun olaraq sadədən mürəkkəbə prinsipi əsasında 
məntiqi ardıcıllıq və sistemlə müəyyənləşdirilmişdir. Məktəbəqədər təhsilin sonunda ümumi təlim 
nəticələri təqdim olunmuşdur ki, burada da ibtidai məktəblə məktəbəqədər təhsil pilləsi arasındakı 
varislik gözlənilmişdir.
 
İnteqrasiyanın təmin оlunması üçün inkişaf sahələrinin əlaqələndirilməsində tərbiyəçi-
müəllimlərə daha geniş imkanların yaradılması vacibdir. Məktəbəqədər təhsil kurikulumu elə 
standartlardan təşkil оlunmuşdur ki, burada bir mərhələdən digərinə keçid daхili məntiq və məzmun 
prinsipləri ilə bərabər, mövzuların ardıcıllığına əsaslanır. Burada uşaqların növbəti yaş qrupunda 
nisbətən mürəkkəb məlumatları mənimsəmək üçün хüsusi biliyin оlub-оlmaması nəzərdə tutulur. 
Sadə və kоnkret anlayışlardan daha mürəkkəbə keçidi alt standartlarda müşahidə etmək оlur. Yaş 
qrupu artdıqca, verilən biliyin məzmunu mürəkkəbləşir, yəni bütün alt standartlar yaş dövrləri 
artdıqca sadədən mürəkkəbə doğru inkişaf edib mürəkkəbləşir. Alt atandartların belə dəyişib, 
mürəkkəbləşməsi uşaqların inkişaf dinamikasını izləməyə imkan verir. Burada asandan çətinə 
prinsipi əsas götürülmüşdür. 
 
Eyni zamanda alt standartların yaş dövrlərinə uyğun olaraq dəyişməsi bütün inkişaf sahələri 
və məşğələlər arasında inteqrasiyanın yaranması və möhkəmlənməsinə səbəb olur. 
 


51 
Məktəbəqədər təhsil kurikulumu bütün təlim nəticələrini əks etdirməklə son nailiyyətləri 
təsəvvür etməyə imkan verir. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını 
müəyyənləşdirmək üçün müvafiq şərait yaranır. 
Bütün bunlarla yanaşı, məktəbəqədər təhsil kurikulumu aşağıdakı məsələləri əhatə edir: 

müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış yanaşmanı əhatə edir; 

fəal təlim üsullarından istifadə etməklə məzmun standartlarının səviyyəsinə çatmağa imkan 
yaradır; 

uşaqların inkişafının və təlim nəticələrinin qiymətləndirilməsini, il ərzində düzəlişlərin 
edilməsini nəzərdə tutur; 

uşaqların təlim prosesinə cəlb edilməsini və həvəsləndirilməsini təmin edir; 

müvafiq təlim resurslarına malik olur. 
Bu səciyyəvi cəhətlər onu əvvəlki proqramlardan fərqləndirir. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin