Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti



Yüklə 0,96 Mb.
səhifə3/3
tarix24.05.2022
ölçüsü0,96 Mb.
#59239
1   2   3
Abdullayev Alı laborotoriya işi 1

Oksidlərin ekvivalenti onların molyar kütləsinin oksiddəki oksigen atomları sayının iki mislinə yaxud metal atomu sayının valentin hasilinə bölünməsindən alınan qismətə bərabərdir:

Oksidlərin ekvivalenti onları təşkil edən elementlərin ekvivalentləri cəminə bərabərdir.



Təcrübi hissə


Qovub çıxarma üsulu ilə sinkin hidrogenə əsasən ekvivalentinin təyini

Şəkildə (1) göstərilən qurğunu quraşdırın. Qurğunun hermetikliyini yoxlamaq məqsədilə reaksiya kolbasının (1) tıxacını (2) çıxarın və qaz borusu (3) üzərindəki sıxıcını (4) açaraq kolbanın ağız hissəsindən üfürün. Stəkana (5) su axmağa başladıqda kolbanın (1) ağzını tıxacla (2) bağlayın. Qurğu hermetik olduqda su azca axıb dayanmalıdır. Qurğu havanı buraxırsa, tıxacları və rezin boru birləşmələrini yoxlamaq lazımdır. Qaz aparan boruya (3) taxılmış sıxıcını (4) bağlayaraq stəkandakı (5) suyu tam boşaltmalı.







Şəkil 1. Sinkin ekvivalentinin təyini.

İki boğazlı şüşə qabı (6) ağzına yaxın hissəyə qədər su ilə doldurun. Kolbaya (1) tıxacını (2) çıxararaq (15-20%-li) xlorid turşusu tökün. Kimyəvi-texniki tərəzidə 0,15-0,5q sink çəkib, kolbaya salın və ağzını dərhal tıxacla bağlayaraq qaz aparan boruya (3) taxılmış sıxıcını açın. Sink ilə xlorid turşusu arasında gedən reaksiya nəticəsində ayrılan hidrogen qazı iki boğazlı şüşə qaba (6) daxil olaraq oradakı suyun stəkana (5) axmasına səbəb olur.


Reaksiya qurtardıqdan sonra, ikiboğazlı şüşə qabdan stəkana axan suyu, menzurkaya yaxud ölçülü stakana töküb həcmini təyin edin. Bu həcm reaksiya nəticəsində alınan hidrogen qazının həmin şəraitdə həcminə bərabərdir.
Otaq temperaturu və atmosfer təzyiqini ölçərək, metalın ekvivalentini hesablayın.

Hesablama:
1. Metalın kütləsi - =0,3mq
2. Otaq temperaturu =25C
3. Atmosfer təzyiqi P=762 mm.c.st
4. Mütləq temperatur =273+25=298
5. Təcrübə şəraitində hidrogenin həcmi 130 ml
6. Otaq temperaturunda su buxarının təzyiqi h=23,7 mm.c.st
7. Alınan hidrogenin normal şəraitdə həcmi =?
8. Normal atmosfer təzyiqi; =760 mm.c.st
Hidrogenin normal şəraitdə həcmi (3) tənliyinə əsasən hesablanır.

Burada: h-otaq temperaturuna müvafiq su buxarının təzyiqidir. Cədvəldən götürülür.
Hidrogenin normal şəraitdəki həcminə müvafiq kütləsi, Avoqadro qanununun birinci nəticəsinə əsasən müəyyən edilir.




Hidrogenin kütləsini müəyyən etdikdən sonra (1) tənliyinə əsasən sinkin ekvivalenti hesablanır.
Nəzəri formulu ilə tapılır.

Nisbi xəta hesablanır.




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin