24
tamamlanırdı.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın bir sıra bölgələrində «təpkəncli»
dəmir
bellər peyda olmağa başlamışdır. Belin bu tipi zavodda kütləvi istehsal olunduğundan «zavod»,
yaxud «rus» beli də adlandırılırdı. Ucuz başa gəlməsinə baxmayaraq təpgəncli bel əkin işində
uzun müddət «qalaqlı bel» ilə yanaşı işlənmişdir.
XIX əsrdə əkin təsərrüfatında, xüsusilə bostan və tərəvəz sahələrinin becərilməsində
müxtəlif quruluşlu metal
toxa başlıca əmək aləti olaraq qalırdı. Dəmirin peyda olması ilə
əlaqədar olaraq, xüsusilə antik dövrdən etibarən dəmir toxa daş və sümük toxaları sıxışdırıb
aradan çıxarmağa başlamışdır. Metal toxalar dəstək keçirilən küpünə görə «dımıqlı» və «borulu»
(lüləli) olmaqla iki qrupa bölünür. Lüləli toxalar həcm etibarilə xeyli böyük olub «kətmən»
adlanırdı. Kətmən əmək məhsuldarlığını artırmaqdan əlavə, həm də nisbətən ağır
olduğundan iş
prosesində əkin sahəsinin dərin qatlarına keçə bilir, bununla da alaq otlarını kökündən kəsib
çıxarmağa və becərilən bitkinin dibini yaxşı yumşaltmağa imkan verirdi.
Toxa və kətmənin becərmə-yumşaltma əməliyyatında iş əmsallarının olması nəzərə
alınaraq, Azərbaycanın aqrar terminologiyasında «toxalama» istilahı ilə yanaşı, «ketmənləmə»
anlayışı da yaranmışdır. Kətmənləmə əməliyyatı ən çox pambıq, tənbəki, qızıl boya, kətan və s.
kimi texniki bitkilərin becərilməsində tətbiq olunmuşdur.
Əvvəllər
olduğu kimi, XIX əsrdə də əkinçilikdə qoşqu qüvvəsi ilə işlədilən şum alətləri
başlıca yer tuturdu. Konstruktiv quruluşuna və əməli vəzifəsinə görə şum alətləri
xış və
kotan
olmaqla iki qrupa bölünür. Öz növbəsində quruluş etibarilə xış
ulamasız (əyri xış)
və
ulamalı
olmaqla iki qrupa bölünür.
Xış ağacdan düzəldilən ən qədim şum aləti olub Azərbaycanın bütün əkinçilik rayonlarında
geniş yayılmışdır. Xışın ən sadə və qədim forması kökündən çıxarılmış əyri ağacdan düzəldilirdi.
Elə bu
səbəbdən də, el arasında o, çox vaxt
əyri xış adlanırdı. Belə halda bitili ağacın kökü xışın
kötüyü, gövdəsi isə onun qolu rolunu oynayırdı. Ona təkcə dəstək əlavə olunurdu. Xışın bəsit
növü olan «əyri xış» əvvəllər
uzun müddət gavahınsız işlənmişdir. Məlum olduğu kimi,
Azərbaycanda dəmir gavahın antik dövrdən etibarən dəb düşmüş və XX əsrin əvvəllərinə qədər
özünün əməli əhəmiyyətini itirməmişdir. Xüsusilə, ağır və mürəkkəb quruluşlu «qara» kotanın
işləyə bilmədiyi dağavar torpaqların əkilib becərilməsində gavahınlı xış uzun
müddət yeganə
şum aləti olaraq qalmışdır.
Dostları ilə paylaş: