Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Cülmə tikmə. Bəxyələmə texnikası  əsasında hazırlanan tikmələrin məhəlli növlərindən  biri də



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə89/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   85   86   87   88   89   90   91   92   ...   194
Cülmə tikmə. Bəxyələmə texnikası  əsasında hazırlanan tikmələrin məhəlli növlərindən 
biri də cülmə idi. Cülmə tikmələr ən çox Naxçıvan bölgəsində geniş yayılmışdı. Bu texniki üsul 
ilə parça, yaxud əyin-baş geyimlərinin müvafiq hissələrinə (yaxa, ətək, qolağzı, cib və ətəyin yan 
yarıqlarının kənarına) bəzək salınırdı. Bunun üçün müxtəlif rənglərə boyadılmış keci, yun və ya 
pambıq sapların köməyi ilə  məmulat üzərinə  rəddi salınmış naxış növünün mühit xətti üzrə 
ardıcıl davam etdirilən xırda və narın dairəciklər (cülmələr) əmələ gətirilərək lazımi bəzək-nəqş 
motivi yaradılırdı.  
Cülmə tikmə üçün qırmızı rəngli tafta və ya tirmə parça üzərində ağ rəngli sapla həndəsi
yaxud nəbati motivli naxışlar salmaq daha çox səciyyəvi olmuşdur. 


 
91
Cülmə texnikası ilə ən çox baş geyimləri (araqçın, şəbkülah, təsək) bəzədilirdi. Bəzən don 
(arxalıq), tuman və küləcənin ətək, yaxa və qolağzı da cülmə tikməsi ilə bəzədilirdi.
224

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin