Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016
XÜLASƏ
Qeyri-neft sektorunun inkişafı ixrac gəlirlərinin böyük bir hissəsini neft-qaz sektorundan əldə edən ölkələr üçün prioritetdir. Bu mənada qeyd edilən ölkələrdə qeyri-neft ixrac potensialının artırılması mühüm iqtisadi və siyasi əhəmiyyətə malikdir. Neft-qaz sektoru Azərbaycanın ixrac strukturunda mühüm paya malik olduğu üçün qeyri-neft ixracının real vəziyyətinin təhlili, qeyri-neft ixrac potensialının artırılması, ixracda diversifikasiyaya nail olunması ölkəmiz üçün vacib iqtisadi əhəmiyyətə malikdir. Araşdırmamızda qeyri-neft ixrac potensialının artırılmasının nəzəri əsasları, qeyri-neft ixracı üzrə bəzi neft ixrac edən ölkələrin təcrübələri, Azərbaycanın qeyri-neft ixrac portfelində hansı məhsulların ölkə üçün ənənəvi, yaxud yeni sahələr olduğu, ixracda diversifikasiya səviyyəsi, ənənəvi və qeyri-ənənəvi ixrac sahələrinin ölkənin qeyri-neft ixracına və qeyri-neft ÜDM-na təsirləri, qeyri-neft ixracının stimullaşdırılması mexanizmləri geniş təhlil edilmişdir. Ümumi olaraq araşdırmada 1995-2015-ci illər üzrə toplam və ayrı-ayrı mal qrupları üzrə Azərbaycanın qeyri-neft ixrac rəqəmləri, 1995-2014-cü illər üzrə Azərbaycanın qeyri-neft ÜDM rəqəmlərindən istifadə edilmişdir. Dəyişənlər ARDSK-nin rəsmi saytından götürülmüşdür.