22 dekabr 2016-cı il, cümə axşamı
3
Azərbaycan-Qazaxıstan dostluğu
daha da möhkəmlənir
Dekabrın 21-də Azərbaycan Respublikası Milli
Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri
Nurlan Niqmatulin ilə görüşüb.
Milli Məclisin mətbuat
xidmətindən bildirilib ki,
spiker Oqtay Əsədov qonağın
TürkPA Beynəlxalq Katibli-
yinin yeni inzibati binasının
açılışı münasibətilə ölkəmizə
səfəri çərçivəsində Azərbaycan
parlamentində olmasından
məmnunluq duyduğunu
söyləyib. Qeyd edilib ki, hər iki
ölkənin parlament sədrləri MDB
PA, TürkPA kimi qurumlarda
tez-tez görüşür, onları maraqlan-
dıran məsələlər barədə fikirlərini
bölüşürlər. Qarşılıqlı səfərlər
ölkələrimiz arasında strateji
əməkdaşlığın daha da inkişafı
üçün yeni imkanlar açır.
Dövlət başçılarının
görüşləri zamanı aparılan
danışıqların ölkələrimiz
arasında əməkdaşlığın inkişa-
fında əhəmiyyətli rol oynadı-
ğını vurğulayan Milli Məclisin
sədri TürkPA çərçivəsində
əlaqələrimizin genişlənməsini
müsbət dəyərləndirib. Bildi-
rilib ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, TÜRKSOY,
TürkPA, Beynəlxalq Türk Aka-
demiyası, bu dövlətlərin Ağsaq-
qallar Şurası, Türk Mədəniyyəti
və İrsi Fondu çərçivəsində
əməkdaşlığımız türk mənəvi
birliyinin möhkəmlənməsinə
xidmət edir.
Sədr Oqtay Əsədov
ölkələrimizin Avropa ilə
Asiya arasında körpü rolu-
nu oynadığını qeyd edərək,
münasibətlərimizin dərin
tarixi köklərə söykəndiyini
deyib. Bildirib ki, ölkələrimiz
arasında imzalanmış sənədlər
əlaqələrimizin hüquqi ba-
zasını təşkil edir. Mütəmadi
biznes-forumların keçirilməsi,
iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın
fəaliyyəti dövlətlərimiz arasında
ticarət dövriyyəsinin artmasına
müsbət təsir göstərir.
Sədr Milli Məclis ilə
Qazaxıstan parlamenti arasında
əlaqələrin inkişafından danışa-
raq hər iki ölkənin qanunverici-
lik orqanlarında dostluq qrup-
larının fəaliyyət göstərməsini
yüksək dəyərləndirib. Qeyd
edilib ki, TürkPA öz fəaliyyəti
ilə xalqlarımızın bir-birinə daha
da yaxınlaşmasına və faydalı
əməkdaşlığın dərinləşməsinə
xidmət edir. Bizim birliyimi-
zin möhkəmlənməsi dünyada
nüfuzumuzun güclənməsi üçün
möhkəm zəmin yaradır.
Qazaxıstan Parlamen-
ti Məclisinin sədri Nur-
lan Niqmatulin ölkəmizə
səfərinin məqsədinin Türk-
PA Beynəlxalq Katibliyinin
yeni inzibati binasının açılışı
mərasimində iştirak etmək,
təşkilatın gələcək fəaliyyəti
barədə fikir mübadiləsi
aparmaq, həyatın müxtəlif
sahələrində əməkdaşlığımızın
perspektivlərini müzakirə etmək
olduğunu söyləyib.
Qonaq münasibətlərimizin
daha da dərinləşməsində
hər iki ölkənin dövlət baş-
çılarının səylərini yüksək
qiymətləndirərək, parlamentlərin
də xalqlarımızın rifahı naminə
bu işə layiqli töhfə verdiyini
deyib.
Söhbət zamanı türkdilli
ölkələrin birliyi istiqamətində
gərəkli addımların atılmasının
zamanın tələbi olduğu qeyd
edilib.
Görüşdə tərəfləri maraqlan-
dıran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Dostları ilə paylaş: