Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   15   16   17   18   19   20   21   22   ...   65
Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP  

layihəsinə 600 milyon ABŞ dolları kredit ayırıb

 

ˆ

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) 



Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 

milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib. AİİB-

in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında 

enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi 

Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o 

cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub 

Qaz Dəhlizi” QSC-yə ayrılıb.

Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 

milyard dollara çatıb.

Xatırladaq ki, Azərbaycanın da təsisçi-üzvü olduğu bank 100 mil-

yard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma

su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit 

və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından 

çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TA-

NAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan bir layihədir. TANAP 

Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-

Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə 

birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər 

olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur

hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin 

ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 

milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz 

dəhlizi QSC - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin