Ümit Yalçın:
Türkiyədə son zamanlar baş verən hadisələrlə
bağlı Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir
Azərbaycanın
xarici işlər naziri Elmar
Məmmədyarov Türkiyənin
xarici işlər nazirinin
müavini Ümit Yalçın ilə
görüşüb.
Nazirliyin mətbuat
xidmətindən bildiriblər ki,
görüşdə ölkələrimiz arasında
ikitərəfli əlaqələrin qardaşlıq
və dostluq xarakteri daşıdığı
vurğulanıb, strateji müttəfiqliyin
yüksələn xətt üzrə inkişafından
məmnunluq ifadə olunub.
Ümit Yalçın Türkiyədə son
zamanlar baş verən hadisələrlə
bağlı Azərbaycanın nümayiş et-
dirdiyi qətiyyətli mövqeyə görə
təşəkkürünü bildirib.
Elmar Məmmədyarov
Türkiyədə baş vermiş son terror
aktları ilə əlaqədar bir daha
dərin hüznlə qardaş Türkiyə
xalqına və hökumətinə başsağ-
lığı verib.
Görüşdə Azərbaycanın və
Türkiyənin bütün bəşəriyyət
üçün təhlükə olan terrorizmə
qarşı mübarizədə birgə
səylərinin artırılmasının vacib-
liyi qeyd olunub. Azərbaycan
və Türkiyənin beynəlxalq
təşkilatlar çərçivəsində
əməkdaşlığı və bir-birilərinin
mövqelərini dəstəkləməsi təqdir
olunub.
Nazir Elmar Məmmədyarov
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli
üzrə aparılan danışıqlar pro-
sesi barədə məlumat verib. O,
Türkiyənin beynəlxalq hüququn
norma və prinsiplərini rəhbər
tutaraq, münaqişə ilə bağlı ədalətli
və qəti mövqeyinin yüksək
qiymətləndirildiyini diqqətə
çatdırıb.
Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin tezliklə
fəaliyyətə başlamasının
regional əməkdaşlığın inkişa-
fına, iki ölkə arasında iqtisadi-
ticarət əlaqələrinin və ticarət
dövriyyəsinin daha da artmasına
xidmət edəcəyi vurğulanıb.
Görüş zamanı, həmçinin
beynəlxalq və regional
məsələlərə dair fikir mübadiləsi
aparılıb.
Dostları ilə paylaş: |