İslahatlarsız inkişaf
mümkündürmü?
Rusiyalı mütəxəssislər ölkənin
uzunmüddətli inkişafı ilə bağlı analizlər
aparıb, proqnozlar verməyə çalışırlar.
İqtisadi İnkişaf və Maliyyə nazirlikləri
də rəsmi olaraq bir neçə variant təklif
ediblər. Bunlardan başqa, bir sıra
strateji tədqiqat mərkəzləri (məsələn,
"ФБК" və Kudrinin mərkəzi) öz inkişaf
ssenarilərini ictimaiyyətə açıqlayıblar.
Xatırladaq ki, "ФБК" klubu ( Kor-
rupsiya ilə mübarizə Fondu) aparıcı
müxalifət liderlərindən olan Aleksey
Navalnı tərəfindən yaradılıb. Keç-
miş maliyyə naziri Aleksey Kudrin
isə Strateji Tədqiqatlar Mərkəzinə
(STM) rəhbərlik edir. Belə görünür ki,
Rusiyanın 2035-ci ilə kimi sosial-iq-
tisadi inkişaf ssenariləri ilə bağlı həm
rəsmi, həm bitərəf, həm də müxalif
təşkilatlarda analizlər aparılaraq, proq-
nozlar verilməkdədir.
Və maraqlı mənzərə alınıb.
Ekspertlər hesab edirlər ki, əslində, bu
məsələ ilə əlaqədar ölkədə "proqnozlar
ajiotajı" yaranıb. Bir-birindən fərqli
qənaət və tezislərə əsaslanan proq-
noz müxtəlifliyi müəyyən dərəcədə
yayğın mənzərə formalaşdırır. İnsanlar
nəyin necə ola biləcəyini dəqiqləşdirə
bilmirlər. Ancaq nəzərə almaq la-
zımdır ki, sürətlə dəyişən dünyada,
ümumiyyətlə, dəqiq proqnoz vermək
çətin məsələdir. Müəyyən dərəcədə
qeyri-müəyyənlik həmişə qalır. Görü-
nür, Rusiyada ajiotaj məsələnin bu tərəfi
ilə bağlı deyil. Rəsmi orqanların çox
nikbin vədləri fonunda elə də ürəkaçan
olmayan mütəxəssis rəyi məyusluq
yaradır. Nə etmək olar, siyasət başqadır,
elmi proqnoz tamamilə fərqli bir şeydir.
Bəs mütəxəssislərin 2035-ci ilə qədər
Rusiyanın sosial-iqtisadi inkişafı ilə
bağlı proqnozları necədir?
İqtisadi İnkişaf Nazirliyi 3 vari-
antda ssenari hazırlayıb. Onlar "baza",
"baza+" və "məqsədli" adlanırlar.
Onların hər biri ehtiyatlı yeniləşmələri
nəzərdə tutur. 20 il ərzində Rusiya iq-
tisadiyyatının faktiki olaraq staqnasiya
vəziyyətində olacağı proqnozlaşdırılır.
Bu zaman neftin qiymətinin ucuzlaş-
ması, əməkhaqqı artımının zəifləməsi
və əhalinin sayının azalması gözlənilir.
Maraqlıdır ki, analizdə hətta 2024-cü il
üçün islahatların aparılması nəzərə alın-
mayıb. Bu, o anlama gəlir ki, Rusiyanın
İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-
iqtisadi islahatların geniş və əsaslı
şəkildə aparılacağına inanmır.
Beləliklə, 2016-cı ilin oktyabrın-
da İqtisadi İnkişaf Nazirliyinin təklif
etdiyi hesabatlarda iqtisadiyyatda
struktur dəyişiklikləri nəzərə alın-
mayıb. Baza variantda 18 ilə sənaye
istehsalının inkişaf tempi ildə 2 faizi
keçmir. 2025-ci ildə sənaye istehsalı
2024-cü ilə nisbətən 1,9 faiz artmalıdır,
lakin 2035-ci ildə bu rəqəm 1,7 faizə
düşməlidir. 2017-ci ildə isə sənaye
artımının 1,1 faiz olacağı gözlənilir.
Belə çıxır ki, Rusiyada sənaye is-
tehsalı bəzi gözləntilərə zidd olaraq
artan xətlə, dəyişkən templə inkişaf
edəcək. Uzaq perspektivdə isə hətta
bir qədər geriləmə də ola bilər. Bunu
mütəxəssislər həyəcan yaradan faktor
hesab edirlər.
Sərmayə qoyuluşu dinamikası qısa
müddətdə artsa da, 2035-ci ildə azalaraq,
ildə 2,5 faiz təşkil edəcəyi proqnozlaşdı-
rılır. Mütəxəssislərin fikrincə, bu model
xammal iqtisadiyyatının köklü diversifi-
kasiyasını nəzərdə tutmur, çünki neftin
qiyməti onun üçün böyük əhəmiyyət
daşıyır. Neftin qiyməti isə cüzi arta bilər
– 2035-ci ildə bir barelin qiymətinin 54,9
ABŞ dolları ola biləcəyi proqnozlaşdı-
rılır. Bunun nəticəsində Ümumi Daxili
Məhsul (ÜDM) 2025-ci ildə 2,2 faiz
artacaqsa, 2035-ci ildə bu rəqəm yalnız
1,7 faiz təşkil edəcək.
Bu varianta görə, əhalinin həyat
səviyyəsi 20 il müddətində keyfiyyətcə
dəyişməyəcək. Əməkhaqqının artımı
çox zəif olacaq.
Ən yüksək artım 2025-ci ildə
gözlənilir – 2,1 faiz, 2035-ci ildə isə
bu rəqəm cəmi 1,6 faiz olmalıdır. ABŞ
dolları ilə rublun kursunun 2025-ci
ildə 76,9, 2035-ci ildə isə 78,4 olması
gözlənilir. Mütəxəssislər ondan nara-
hatdırlar ki, əhalinin iqtisadi cəhətdən
fəal hissəsi 2025-ci ildə 72,3 milyondan
2035-ci ildə 68,1 milyon nəfərə qədər
azalacaq.
Dostları ilə paylaş: |