Newtimes.az
Rusiya: 2035-ci ilədək mümkün
sosial-iqtisadi inkişaf ssenariləri
Azərbaycan cari ildə
174 ölkə ilə xarici ticarət
əlaqəsi saxlamışdır
2016-cı ilin yanvar-oktyabr aylarında
Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata keçirmiş, 105
ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal
olunmuşdur.
Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyi-
lir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük
rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft
və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla
2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17
milyard 806,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10
milyard 848,4 milyon dollar, idxalın dəyəri 6 milyard 958 mil-
yon dollar təşkil etmiş, nəticədə 3 milyard 890,4 milyon dollarlıq
müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələrinin,
12,1 faizi MDB üzvü olan dövlətlərin, 50,3 faizi isə dünyanın
digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii
qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırla-
nan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan
məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və
bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın,
mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara
metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların
hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq
məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi
çəkisi üstünlük təşkil etmişdir.
Dostları ilə paylaş: |