Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə36/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   32   33   34   35   36   37   38   39   ...   65
Alternativ proqnozlar: 

bədbinlikdən zəif 

nikbinliyədək

Diqqəti çəkən məqamlardan biri 

ondan ibarətdir ki, İqtisadi İnkişaf 

Nazirliyinin hətta ən nikbin proqnoz-

larında belə ürəkaçan faktlar çox azdır. 

Məsələn, "məqsədli" inkişaf ssenarisinə 

görə, 2025-ci ildə iqtisadi inkişaf 

cəmi 4,4%, neftin qiyməti isə 62,9 

ABŞ dolları ola bilər. Bu variantda da 

iqtisadiyyatın xammal üzərində inkişafı 

modeli əsas götürülür. 2035-ci ildə nef-

tin qiyməti 76,7 ABŞ dolları ola bilərsə, 

iqtisadi inkişaf tempi azalaraq 3,3 faiz 

civarında tərəddüd edər.

Deməli, rəsmi olaraq Rusiya-

da 2035-ci ilə qədər elə bir inkişaf 

gözlənilmir. Bu, uzunmüddətli dur-

ğunluq deməkdir. Mütəxəssislər əsas 

maneə kimi İqtisadi İnkişaf Nazirliyinin 

proqnozlarına uyğun olaraq Maliyyə 

Nazirliyinin vəsait ayıra bilməməsini 

göstərirlər. Bu ziddiyyətin aradan qaldı-

rılması yolu isə hələlik tapılmayıb.

"ФБК"-nın Strateji Təhlil İnstitu-

tunun gəldiyi qənaətlər daha bədbin 

xarakterlidir. Onun verdiyi analizə görə, 

Rusiya iqtisadiyyatının əsas problemi 

struktur səviyyəsində ziddiyyətlərin 

olmasındadır. Bu vəziyyətin də yaxın 

perspektivdə düzələcəyi gözlənilmir. 

Bu səbəbdən indi tənəzzülün sürətinin 

yavaşıması müvəqqəti xarakter daşıyır. 

Gələn il müəyyən dərəcədə iqtisadi 

irəliləyiş müşahidə oluna bilər. Lakin 

ilin sonunda Ümumi Daxili Məhsul 1 

faiz azala bilər. Rəsmi dairələrin inki-

şafla bağlı verdikləri vədlər əsassızdır. 

Bunun əsas səbəbi ölkə iqtisadiyyatının 

strukturunun qüsurlu olması və bu 

sahədəki disproporsiyanın mövcudluğu-

dur. Ümumiyyətlə, "ФБК" yaxın 3 ildə 

Rusiyada inkişafın olacağını proqnoz-

laşdırmır. 

A.Kudrinin rəhbərlik etdiyi təhlil 

mərkəzi də sürətli inkişafı proqnozlaş-

dırmır. Bu mərkəzin qənaətinə görə, 

Rusiya yalnız 2024-cü ildən sonra 

dünya üzrə orta inkişaf səviyyəsinə 

çıxa bilər. 2025-ci ildə Ümumi Daxili 

Məhsulun artımı yalnız 30 faiz ola bilər. 

Bu isə ölkədə 6-7 il müddətində iqtisadi 

strukturda köklü islahatların aparılması 

halında mümkündür. Həmin proqnozda 

əməkhaqlarının 2035-ci ildə 1,9 dəfə 

artacağı, inflyasiyanın isə 4 faizdən 2,4 

faizə düşəcəyi göstərilir. A.Kudrinin 

rəhbərlik etdiyi mərkəz ÜDM-in 2035-

ci ildə 2 dəfə artacağını proqnozlaşdırır.

Yuxarıdakı təhlillər onu göstərir 

ki, Rusiyanın 20 il müddətində inkişaf 

strategiyası müəyyən ziddiyyətli 

məqamlarla xarakterizə olunur. 

Bütövlükdə ölkənin analitik mərkəzləri 

ciddi dəyişiklik proqnozlaşdırmırlar. 

Yalnız A.Kudrinin rəhbərlik etdiyi 

mərkəz islahatların aparılması halında 

20 ildən sonra inkişaf sürətinin arta 

biləcəyini proqnozlaşdırır. Maraqlıdır 

ki, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə 

Nazirliyi A.Kudrin qədər nikbin proq-

nozlar vermirlər. Müxalif "ФБК" isə 

daha bədbin nəticələri gözləyir.

Deməli, yaxın illərdə Rusiyanın 

sosial-iqtisadi vəziyyəti daha çox 

siyasi islahatların aparılmasından 

asılı ola bilər. Əgər bu istiqamətdə 

demokratikləşmə prosesi ciddi ölçüdə 

aparılsa, iqtisadi inkişaf və əhalinin 

həyat səviyyəsinin yüksəlməsi 

müşahidə olunacaq. Başqa variant-

larda köklü irəliləyiş gözlənilmir. 

Belə çıxır ki, Avrasiya məkanının ən 

böyük dövlətində hansı sosial-iqtisadi 

proseslərin üstünlük təşkil edəcəyi 

yaxın perspektiv üçün dəqiq deyil.

Bu isə regionun başqa ölkələrində 

də risk faktorunun qalacağı anlamına 

gəlir. Yalnız müstəqil siyasət yeridən 

dövlətlərdə davamlı inkişafı müşahidə 

etmək mümkün olacaq və yuxarıda 

vurğulanan riskli məqamlardan onların 

kənarda qalacağını demək mümkündür.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin