Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin  

bölgə müxbiri

Gəncə

 etimadı şərəflə doğrultdu

22 dekabr 2016-cı il, cümə axşamı

6


Azərbaycanın Rotterdam Konvensiyasına 

qoşulması ilə bağlı məsləhətləşmələr aparılıb

 

ˆ

Bakıda BMT-nin Ərzaq və Kənd 



Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycan 

Respublikası Milli Məclisinin, Kənd Təsərrüfatı, 

Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, IDEA 

İctimai Birliyinin, elmi-tədqiqat institutlarının 

və kimya sənayesinin nümayəndələrinin 

iştirakı ilə “Kimyəvi təhlükəsizlik üzrə səylərin 

birləşdirilməsi: Rotterdam Konvensiyasının 

ratifikasiyası istiqamətində addımlar” mövzusunda 

məsləhətləşmə keçirilib. 

Kənd Təsərrüfatı Nazirli-

yi yanında Dövlət Fitosanitar 

Nəzarəti Xidmətinin rəisi Camal 

Quliyev çıxış edərək bildirib ki, 

Rotterdam Konvensiyasına üzv 

dövlətlər beynəlxalq ticarətdə 

pestisidlərin və müxtəlif 

təhlükəli kimyəvi maddələrin in-

san sağlamlığına və ətraf mühitə 

zərərli təsirinin aradan qaldırıl-

ması məqsədilə ümumi səylərini 

birləşdirir, bu tip maddələr üzrə 

idxal və ixrac əməliyyatlarına 

dair qərarların qəbul edilməsini 

tənzimləmək üçün məlumatların 

müvafiq əməliyyatlardan öncə 

tərəflərə çatdırılmasını təmin 

edir. Bu da mənfi halların qarşı-

sının alınması üçün əhəmiyyətli 

rol oynayır.

FAO-nun Azərbaycandakı 

Tərəfdaşlıq və Əlaqələndirmə 

Ofisinin rəhbəri Mələk Çak-

mak bildirib ki, 2016-cı ildə 

Azərbaycan Respublikası 

Hökuməti və FAO rəsmi olaraq, 

milli fəaliyyət planlarının və 

strategiyaların hazırlanması, o 

cümlədən kənd təsərrüfatının 

və kənd yerlərinin dayanıqlı 

inkişafının təşviq olunması 

üzrə məsul maraqlı tərəflərlə 

əməkdaşlıq etmək üçün razılığa 

gəlib. Bugünkü iclas da bu 

əməkdaşlığın təşviq olunması 

üçün mükəmməl platforma 

rolunu oynayır. 

Rotterdam Konvensiyası 

Katibliyinin əlaqələndiricisi, 

FAO-nun əməkdaşı xanım 

Kristin Fuel Azərbaycanın kon-

vensiyanı ratifikasiya edəcəyi 

təqdirdə əldə olunacaq faydalar 

və imkanlar barədə məlumat 

verib. Bildirib ki, Rotterdam 

Konvensiyasına qoşulmağın 

çoxsaylı üstünlüklərindən biri 

odur ki, ölkə gələcəkdə müvafiq 

zərərli kimyəvi məhsulların 

və pestisidlərin idxalı zamanı 

məlumatlı olacaq və qərar qəbul 

edə biləcək, eyni zamanda, in-

san sağlamlığını və ətraf mühiti 

qorumaqla onların təhlükəsiz 

istifadəsini təmin edəcək. 




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin