Varna və Kutaisi
şəhərlərinin merləri
şəhər icra hakimiyyətində
Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyev tədbirdə iştirak edən Varna
şəhərinin meri İvan Portnix və onun
rəhbəri olduğu nümayəndə heyəti
ilə görüşdü. İcra hakimiyyətinin
başçısı qədim mədəniyyət və sənaye
şəhəri olan Gəncədə nümayəndə
heyətini salamlamaqdan məmnun
olduğunu bildirdi və Gəncənin
“2016-cı il Avropa Gənclər Pay-
taxtı” seçilməsi, şəhərin tarixi,
mədəniyyəti, sənaye potensialı haq-
qında ətraflı məlumat verdi. Eyni
zamanda, Elmar Vəliyev qonağa
Gəncə şəhərində dünyaya göz açmış
Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Cavad xan, Mirzə Şəfi Vazeh
kimi şəxsiyyətlər haqqında danış-
dı, Gəncə -2016 Avropa Gənclər
Paytaxtı layihəsi çərçivəsində
həyata keçirilən yerli və beynəlxalq
tədbirlərdən söz açdı. Bildirdi ki,
Avropa Gənclər Paytaxtı olmuş
şəhərlərlə birgə layihələrin icrası,
bu sahədə Gəncənin təcrübəsinin
öyrədilməsi gələcək planlara daxil-
dir.
Varna şəhərinin meri İvan
Portnix şəhər icra hakimiyyətinin
başçısına səmimi qəbula
görə minnətdarlığını bildirdi.
Qeyd etdi ki, Varna və Gəncə
şəhərləri arasında ikitərəfli
əlaqələrin inkişaf etdirilməsi,
gələcək əməkdaşlığın və dostluq
münasibətlərinin bundan sonra da
möhkəmləndirilməsi istiqamətində
səylərini əsirgəməyəcək. Dedi ki,
2017-ci il üçün Varna şəhərinin
Avropa Gənclər Paytaxtı seçilməsi,
rəhbərlik etdiyi şəhərin bu titu-
la sahib olması çox sevindirici
haldır. Onlar bu layihənin həyata
keçirilməsində Gəncə şəhərinin
təcrübəsindən yararlanacaqlarını
bildirdi. Mer Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısını Varnada
keçiriləcək açılış tədbirinə dəvət
etdi. Görüşün yekununda iki şəhər
arasında gələcək əməkdaşlığa dair
xartiya imzalandı. Sonda Elmar
Vəliyev merə Gəncəni əks etdirən
bir neçə xatirə hədiyyəsi təqdim
etdi.
Elə həmin gün icra
hakimiyyətinin başçısı Gəncədə
səfərdə olan Gürcüstanın Kutaisi
şəhərinin meri Şota Murqulianini
və onun rəhbəri olduğu nümayəndə
heyətini qəbul etdi. Elmar Vəliyev
qonaqları salamlayaraq onla-
rı Nizami yurdu qədim Gəncə
şəhərində görməkdən məmnun
olduğunu bildirdi. Görüşdə iki
qardaş şəhər arasında elmi mədəni
əlaqələrin bundan sonra da yüksək
templə inkişaf edəcəyinə əminlik
ifadə olundu. Bildirildi ki, hər iki
tərəfin münasibətlərin inkişafında
maraqlı olması qardaş şəhərlərlə
yanaşı, ölkələrimiz və xalqlarımızın
manafeyinə də xidmət edir. Şəhər
icra hakimiyyətinin başçısı diqqətə
çatdırdı ki, Gəncə ilə Kutaisi ara-
sındakı əməkdaşlığa yeni nəfəsin
verilməsi qardaşlaşan hər iki şəhər
arasında əlaqələrin yeni müstəviyə
qaldırılmasına, imzalanan memo-
randum isə bu məqsədə çatmağa
təkan verəcək.
Kutaisi meri Şota Murquliani
şərab festivalında iştiraka dəvət al-
dığı üçün şəhər icra hakimiyyətinin
başçısına bir daha təşəkkürünü bil-
dirdi. Xatırlatdı ki, Gəncə ilə Kuta-
isi uzun illərdir qardaş şəhərlərdir.
Bu şəhərlərin turizm potensialı,
iqtisadiyyatı, hətta əhalinin yaşam
tərzində də oxşarlıqlar var. Şota
Murquliani Kutaisi Universitetinin
aqrar fakültəsi ilə Gəncədə fəaliyyət
göstərən Azərbaycan Dövlət
Aqrar Universiteti arasında birgə
əməkdaşlığa dair işçi qrupunun
yaradılmasını da müsbət qarşıladı-
ğını qeyd etdi. Əminliklə bildirildi
ki, görüşün nəticələri müsbət olacaq
və iki şəhər qardaş olduğunu əməli
işlərlə ortaya qoyacaq.
Görüşdə iştirak edən
Azərbaycan Dövlət Aqrar Univer-
sitetinin rektoru, professor İbrahim
Cəfərov iki ali təhsil ocağının
müəllim və tələbələrinin daha sıx
əməkdaşlıq etməsini, eyni zaman-
da, aqrar sahədən bəhs edən birgə
jurnalın nəşr olunmasını təklif etdi.
Rektorun təklifi nümayəndə heyəti
tərəfindən müsbət qarşılandı.
Görüşün yekununda qarşılıqlı
olaraq xatirə hədiyyələri təqdim
edildi.
Dostları ilə paylaş: |