Əlvida Gəncə, salam Varna!
Axır ki, estafetin ötürülməsi
anı gəlib çatdı. Bu münasibətlə
keçirilən bağlanış mərasimində
Gəncə ŞİH-in başçısı Elmar
Vəliyev, 2017-ci il Avropa
Gənclər Paytaxtı titulunu qazanan
Varna şəhərinin meri İvan Port-
nix, Varna Şəhər Bələdiyyəsinin,
Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının
rəhbər nümayəndələri, Azərbaycan
Respublikasının Prezidenti yanında
Gənclər Fondunun rəhbərliyi, Milli
Məclisin deputatları, xarici ölkələrin
diplomatik nümayəndələri, təşkilat
sədrləri, mətbuat nümayəndələri,
könüllülər və digər rəsmi qo-
naqlar iştirak edirdilər. Dövlət
himninin səslənməsi ilə başlanan
tədbirdə Azərbaycanın, o cümlədən
Gəncənin mədəniyyəti, qədimliyi,
tolerantlığı, multikulturalizmi,
əhalisi ilə yanaşı, "Gəncə Av-
ropa Gənclər Paytaxtı – 2016"
çərçivəsində həyata keçirilən
layihələri özündə əks etdirən video-
çarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə Elmar
Vəliyev açaraq iştirakçıları sa-
lamladı və qonaqları Avropanın
Gənclər Paytaxtında, Azərbaycanın
qədim və zəngin mədəniyyətə
malik ən gözəl şəhərlərindən biri,
dahi Azərbaycan şairi Nizami
Gəncəvinin yurdu olan Gəncədə
görməkdən məmnun olduğu-
nu bildirdi. Şəhər rəhbəri qeyd
etdi ki, bu gün gənclər siyasəti
Azərbaycan dövlət siyasətinin əsas
prioritet istiqamətlərindən biridir
və bu siyasət ölkədə uğurla icra
olunur. Təməli ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan gənclər
siyasətinin cənab Prezident İlham
Əliyev tərəfindən uğurla həyata ke-
çirildiyini xüsusi vurğulayan Elmar
Vəliyev çıxışını ümummilli lider
Heydər Əliyevin "Azərbaycanın
gələcəyi, Azərbaycanın gəncləridir"
deyimi ilə bitirdi.
Tədbirdə gənclər və idman
nazirinin müavini İntiqam Babayev
çıxış edərək bildirdi ki, Gəncənin
Avropa Gənclər paytaxtı seçilməsi
ilə əlaqədar olaraq ölkə Preziden-
tinin sərəncamı ilə xüsusi tədbirlər
planı hazırlanıb və müxtəlif
tədbirlər həyata keçirilib. Nazir mü-
avini qeyd etdi ki, dövlət siyasətinin
əsas istiqaməti gənclərin hərtərəfli
inkişafı, cəmiyyətdə müxtəlif
sahələrdə iştirak etmələrinə fəal
şərait yaradılmasından ibarətdir.
Tədbirdə Azərbaycan Respub-
likası Prezidenti Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin
gənclər təşkilatları ilə iş sektorunun
müdiri Vüsal Quliyev çıxış edərək
dedi ki, ölkədə çox uğurla həyata
keçirilən gənclər siyasətində gənclər
təşkilatlarının rolu danılmazdır.
Varna şəhərinin meri İvan
Portnix iştirakçıları salamlaya-
raq, qonaqpərvərliyə görə öz
minnətdarlığını bildirdi. Şəhər meri
Varna haqqında geniş məlumat
verdi. Qarşılıqlı əlaqələr nəticəsində
bütün sahələrdə inkişafın olacağı-
nı qeyd edən İvan Portnix xüsusi
vurğuladı ki, Varna şəhəri qazandığı
titulu layiqincə təmsil edəcək.
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu-
nun icraçı direktoru Fərhad Hacıyev
çıxışında dedi ki, Azərbaycanda
həyata keçirilən gənclər siyasəti
dünya üçün bir örnəkdir.
Dövlətimizin gənclərə diqqəti
və qayğısının hər sahədə özünü
göstərdiyini qeyd edən Fərhad
Hacıyev bildirdi ki, Azərbaycanın
gənclər siyasəti çox uğurlu bir
modeldir və bu gün bu model öz
bəhrəsini verir. Tədbirdə qeyd
olundu ki, cənab İlham Əliyevin
tapşırığına əsasən “Gəncə Av-
ropa Gənclər Paytaxtı – 2016”
çərçivəsində həyata keçirilən
layihələrə 9 nazirlik və 2 komitə
dəstək olub. Bu titulu qazanmaqla
şəhərin əldə etdiyi nailiyyətlərdən
danışılaraq qeyd edilib ki, Gənclər
evi, Avropa Gənclər Paytaxtı
İctimai Birliyinin ofisi, Kitab evi,
Gəncə Avropa Gənclər Paytaxtı
Parkı və başqa obyektlərin açılması
ölkə rəhbərinin Nizami yurduna
olan diqqət və qayğısının bariz
nümunəsidir.
Bağlanış mərasimində bir il
ərzində Gəncədə reallaşan layihələr
və tədbirlər xatırlanıb. Ötən bir il
ərzində şəhərdə 25 beynəlxalq, 18
yerli olmaqla, ümumilikdə, 43 layihə
reallaşdırılıb. Ən böyük layihələr
isə Avropa və Türk Şurasının, o
cümlədən "Tarixin canlı səhifələri"
gənclər festivalları olub. Bu
tədbirlərin həyata keçirilməsində 360
könüllü iştirak edib. Gəncə Avropa
Gənclər Paytaxtı - 2016 layihəsinin
rəsmi bağlanış mərasimində nümayiş
olunan video-çarxlar vasitəsi ilə fes-
tivalların ən maraqlı anları bir daha
xatırlandı. Daha sonra Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev Avropa Gənclər Paytaxtının
rəmzi açarını Bolqarıstanın Varna
şəhərinin meri İvan Portnixə təqdim
etdi.
Tədbirin sonunda "Gəncə
Avropa Gənclər Paytaxtı – 2016"
layihəsinin yüksək səviyyədə
təşkil olunmasında,təbliğatında
yaxından iştirak etdikləri üçün
gənclər təşkilatlarının, dövlət və
biznes qurumlarının, mətbuat
nümayəndələrinin bir qrupuna
fəxri fərmanlar və təşəkkürnamələr
verildi.
Bəli, Gəncə rəmzi açarı Varnaya
verdi. Özü də qürurla, iftixarla,
sevinclə. Bu bir ildə qədim Nizami
yurdu sübut etdi ki, Gənclər Paytax-
tı adına təsadüfən yiyələnməyib. Bu
şəhər daha böyük titullara layiqdir.
2017-ci ildə MDB-nin Mədəniyyət
Mərkəzi adını qazanması da onu
göstərir ki, hələ uğurlar qabaqdadır.
Rəmzi açar verilir, rəmzi açar qəbul
olunur. Yəni əlvida Gəncə, salam
Varna!
Dostları ilə paylaş: |