Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


“Turizmin İnkişafına Kömək” İctimai Birliyinin



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə46/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   42   43   44   45   46   47   48   49   ...   65
“Turizmin İnkişafına Kömək” İctimai Birliyinin 

birlikdə keçirdiyi “Azərbaycanın işğal olunmuş 

ərazilərinin turizm potensialı” mövzusunda inşa 

müsabiqəsinə yekun vurulmuşdur.

Bu münasibətlə təşkil 

edilən tədbiri giriş sözü ilə açan 

Azərbaycan Turizm və Menec-

ment Univeristetinin tədqiqat 

bölməsinin rəhbəri Qahirə 

Məmmədova ölkədə qeyri-neft 

sahələrinin inkişaf etdirilməsi 

yolu ilə dayanıqlı iqtisadi 

inkişafa nail olmaq siyasətinin 

həyata keçirildiyini, bu inkişa-

fın davamlı olması üçün ölkə 

rəhbərliyinin turizm sektorunun 

güclənməsinə dəstək verdiyini 

və bir çox addımların atıldığını 

qeyd etmişdir. Eyni zaman-

da, təbiət və tarixi baxımdan 

olduqca zəngin potensiala malik 

və işğal altında qalan Dağlıq 

Qarabağ və digər əzəli torpaq-

larımızın bu inkişafdan kənarda 

qaldığını və keçirilən inşa 

müsabiqəsinin də bir tərəfdən 

gənclərin vətənpərvərlik 

hisslərinin güclənməsinə, digər 

tərəfdənsə bu regionun turizm 

potensialının öyrənilməsinə və 

təbliğinə xidmət etdiyini vurğu-

lamışdır. 

ATMU-nun dosenti, tarix 

üzrə fəlsəfə doktoru Məhərrəm 

Zülfüqarlı Azərbaycanın tarixi 

əraziləri konteksində işğal altın-

da olan şəhər və rayonlarımızın 

turizm potensialına göstərdiyi 

zərərli təsirdən söz açmışdır. 

Turizm və qonaqpərvərlik 

fakültəsinin dekan müavini, 

iqtisad elmləri üzrə fəlsəfə dok-

toru, dosent Flora Ələsgərova 

Laçının, Kəlbəcərin, Şuşanın 

əsrarəngiz təbiətindən və nadir 

incilərindan danışaraq Vətəni 

sevməyin hər şeydən vacib 

olduğunu, onun hər daşı, torpağı 

üçün candan belə keçməyə hazır 

olmağı tədbirdə çıxış edəcək 

tələbələrə aşılayaraq onlara 

uğurlar arzulamışdır.

Sonra söz müsabiqəyə inşa 

təqdim edən tələbələrə verilmiş 

və onlar inşa mövzuları ilə bağlı 

məruzə etmişlər. Tədbirin yeku-

nunda müsabiqənin iştirakçısı 

olan tələbələr mükafatlandırıl-

mışdır.


Azərbaycan Turizm və Me-

necment Universitetinin turizm 

və otelçilik ixtisası üzrə  

I kurs tələbəsi Ləman  Abbasova 

I yerə, Naxçıvan Dövlət Univer-

sitetinin pedaqogika nəzəriyyəsi 

və tarixi ixtisaslaşmasının I kurs 

magistri Arzu Qasımov II yerə, 

Azərbaycan Turizm və Menec-

ment Universitetinin muzeyşü-

naslıq, arxiv işi və abidələrin 

qorunması ixtisası üzrə III kurs 

tələbəsi Elnarə Mürsəlova III 

yerə layiq görülmüşlər.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin