Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   44   45   46   47   48   49   50   51   ...   65
İlqar HƏSƏNOV, 

“Xalq qəzeti”

AMEA ilə Təhsil Nazirliyinin birgə elmi sessiyası 

 

ˆ

Dekabrın 21-də Azərbaycan Milli Elmlər 



Akademiyasında AMEA-nın ümumi yığıncağı 

və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

Kollegiyasının birgə elmi sessiyası keçirilib.

Təhsil Nazirliyindən 

verilən məlumatda bildirilir ki, 

tədbiri giriş sözü ilə AMEA-nın 

prezidenti  Akif Əlizadə açıb. 

AMEA rəhbəri "Elm və təhsil: 

problemlər və perspektivlər" 

adlı məruzə ilə çıxış edib. 

Akademik bildirib ki, son 

illər akademiyada həyata 

keçirilən islahatların mühüm 

istiqamətlərindən birini elm 

və təhsilin inteqrasiyası təşkil 

edir. Artıq  AMEA-nın bir sıra 

institut və təşkilatlarında bəzi 

ali təhsil müəssisələrinin 20-yə 

yaxın baza kafedraları yaradı-

lıb, birgə kadr hazırlığına dair 

əməkdaşlıq memorandumları 

imzalanıb.

Akademik Akif Əlizadə 

qeyd edib ki, elm və təhsilin 

inteqrasiyası sahəsində ən 

mühüm nailiyyət AMEA-da 

magistratura təhsilinin yaradıl-

masıdır. SABAH qruplarında 

təhsil alan tələbələrin AMEA-

nın elmi müəssisələrində 

təcrübə keçdiklərini xüsusi 

qeyd edən Akif Əlizadə akade-

miyanın elmi müəssisələrində 

təhsil şöbələrinin formalaşdı-

rılması istiqamətində də ardıcıl 

tədbirlər həyata keçirildiyini 

diqqətə çatdırıb.

Tədbirdə təhsil naziri  

Mikayıl Cabbarov 

"Azərbaycanın dayanıqlı 

inkişafını təmin edən elm və 

təhsilin inteqrasiyası" mövzu-

sunda məruzə ilə çıxış edib. 

Nazir bildirib ki, ölkəmizdə 

elm və təhsil sahəsinə cavabdeh 

olan Azərbaycan Milli Elmlər 

Akademiyası və Təhsil Nazir-

liyinin rəhbərliyi səviyyəsində 

keçirilən bugünkü birgə tədbir 

xüsusi əhəmiyyətə malikdir.

Tədbirin elm və təhsilin 

ölkəmizin davamlı inkişa-

fındakı rolundan, bu sahədə 

aparılan islahatlardan, mövcud 

problemlərdən və problemlərin 

həlli yollarından danışmaq 

imkanı yaratdığını deyən nazir  

aparılacaq müzakirələrin və 

qəbul olunacaq qərarların elm 

və təhsil sahəsində ölkədaxili 

və beynəlxalq əməkdaşlığın 

daha da möhkəmləndirilməsini, 

inteqrasiyanın təmin edilməsini 

təşviq edəcəyini nəzərə çatdı-

rıb.

Təhsil naziri qeyd edib 



ki, bu gün Azərbaycan təhsili 

və elmi qarşısında duran 

əsas vəzifə - təhsilin və elmi 

tədqiqatların keyfiyyətinin 

yüksəldilməsi, ixtisas-

lı mütəxəssislərin və elmi 

kadrların hazırlanmasının 

təmin olunmasıdır. Ölkəmizin 

təhsil müəssisələri də məhz bu 

vəzifənin yerinə yetirilməsinə 

xidmət edərək, gənclərdə mü-

asir düşüncə tərzinin formalaş-

masına, onların tədqiqatyönlü 

fəaliyyətə cəlb edilməsinə, 

yeni texnologiyalardan istifadə 

etməsinə və xarici dilləri 

öyrənməsinə geniş imkanlar 

yaratmalıdırlar.

Təhsil naziri həmçinin, 

universitetlərin nəzdində 

texnoparkların, startap 

məktəblərinin və biznes in-

kubatorlarının yaradılmasına 

başlanıldığını, bütün bunların 

alimlərin elmi fəaliyyətlərinin 

inkişafına xidmət etdiyini 

deyib. Təhsil naziri  tədqiqat 

universitetlərinin yaradıl-

masının müasir dövrün ali 

təhsil müəssisələri qarşısına 

qoyduğu yeni tələblərlə bağlı 

olduğunu vurğulayıb. Daha 

sonra məruzələr ətrafında 

geniş müzakirələr aparılıb. 

Müzakirələrdən sonra elmi ses-

siyanın qərarı qəbul edilib.

Elmi sessiyada AMEA-

nın vitse-prezidenti Dilqəm 

Tağıyev, Bakı Dövlət Uni-

versitetinin rektoru Abel 

Məhərrəmov, akademik, millət 

vəkili Əhliman Əmiraslanov, 

AMEA-nın akademik-katibi 

Rasim Əliquliyev,  Azərbaycan 

Dövlət Neft və Sənaye Uni-

versitetinin rektoru Mustafa Ba-

banlı,  AMEA-nın Molekulyar 

Biologiya və  Biotexnologiya-

lar İnstitutunun direktoru İradə 

Hüseynova, Azərbaycan Dövlət 

İqtisad Universitetinin rektoru  

Ədalət Muradov çıxış ediblər.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin