Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
Türkiyədə qətlə yetirilmiş səfirə
“Rusiya qəhrəmanı” adı verildi
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Türkiyədə qətlə
yetirilmiş səfiri Andrey Karlova ölümündən sonra "Rusiya qəhrəmanı"
adının verilməsi haqqında fərman imzalayıb.
Bu barədə Kremlin saytında
yerləşdirilən fərmanda bildirilir ki,
Andrey Karlov Rusiyanın Türkiyədəki
fövqəladə və səlahiyyətli səfiri postunda
daim dözümlülük və cəsarət nümayiş
etdirdiyinə və Rusiyanın xarici siyasət
kursunun həyata keçirməsinə verdiyi
böyük töhfələrə görə təltif olunub.
Xatırladaq ki, dekabrın 19-da axşam
saatlarında Ankaradakı Müasir İncəsənət
Mərkəzində keçirilən “Rusiya türklərin
gözü ilə” sərgisində çıxışı zamanı Ru-
siyanın səfiri A. Karlov qətlə yetirilib.
Hadisəni törədən polis əməkdaşı Mert Al-
tıntaş təhlükəsizlik əməkdaşları tərəfindən
öldürülüb.
Dostları ilə paylaş: |