Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Rusiyada 62 dərəcə şaxta qeydə alınıb
Rusiyanın Xantı-Mansiysk Muxtar
Dairəsində 62 dərəcə şaxta qeydə alınıb.
APA-nın Rusiya bürosu-
nun verdiyi məlumata görə,
bu barədə regionun ictimai və
xarici əlaqələr departamenti-
nin rəhbəri Yelena Şumako-
va bildirib. Onun sözlərinə
görə, rekord temperatur neft
mədənlərinin yerləşdiyi Bol-
şoy Olxovsk adlanan ərazidə
qeydə alınıb: "İki gün əvvəl
Kazım Beloyarski qəsəbəsində
mənfi 58 dərəcə temperatur
olub. Dünən isə havanın
temperaturu -62 dərəcəyədək
enib".
Şaxta səbəbindən regionun
məktəblərində dərslər dayan-
dırılıb. Anomal hava şəraiti
səbəbindən yerli hava liman-
larında reyslər gecikmələrlə
həyata keçirilir.
Departament rəhbəri cümə
gününə qədər şaxtalı havanın
davam edəcəyini qeyd edib.
Xantı-Mansiysk Muxtar
Dairəsi Tümen vilayətinin
tərkibinə daxildir. Bu bölgə
iqtisadi cəhətdən Rusiya
iqtisadiyyatının donoru rolunu
oynayır. Çünki əsas neft yataq-
ları məhz bu regionda yerləşir.
Belə ki, Yuqrada Rusiya nefti-
nin 60 faizi hasil olunur.
Dostları ilə paylaş: |