Rusiya
Hasilat artıb
Rusiyanın
neft hasilatı bu
ilin 11 ayında ötən
ilin eyni dövrü ilə
müqayisədə 2,5
faiz artıb, təbii qaz
istehsalı isə 0,5 faiz
azalıb. Bildirilir ki,
2016-cı ilin yanvar-
noyabr aylarında
2015-ci ilin eyni dövrü ilə müqayisədə hasilat 500 milyon 500
min tona yüksəlib. Bəhs edilən dövrdə ölkənin qaz istehsalı isə
496 milyard kubmetr azalıb.
Xəbəri “Rosstat” verib.
Fransa
207 milyon dollarlıq səhm alınıb
“Total” şirkəti
inteqrasiyalı qaz
layihəsini reallaş-
dırmaq məqsədilə
ABŞ-ın “Tellu-
rian” konserni-
nin səhmlərinin
23 faizini alıb.
Şirkət bunun
üçün 207 milyon
dollar ödəyib. Qeyd edək ki, səhmlərin alınmaslnda “Total”ın
məqsədi ABŞ -dakı rəqabətədavamlı qaz hasilatından istifadə
etməkdir.
Xəbəri “Le Parisien” verib.
Cənub-Şərqi Asiya
Yeni bitki və heyvan növləri aşkarlanıb
Cənub-Şərqi
Asiya regionunda 163
yeni bitki və hey-
van növü aşkarlanıb.
Tədqiqatçılar bildirirlər
ki, yeni növlər arasında
tüklü yarasa, qırmı-
zı-qara nişanlı triton,
tikanlı ağac kərtənkələsi
və solğun mavi rəngli
ilan var. Yeni növlər
Myanma, Tailand, Kam-
boca, Vyetnam və Laosda aşkarlanıb. Qeyd edilir ki, 1997-ci
ildən 2015-ci ilədək bu bölgədə 2409 naməlum heyvan və bitki
növü aşkar edilib.
Məlumatı “Gazeta.ru” yayıb.
Dostları ilə paylaş: |