Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
“ Sahibkarlıq düşərgəsi - 2016. 

 Gənclər üçün qış məktəbi” olacaq

 

ˆ

Azərbaycan gənclərinin biznes 



quruculuğu və kənd təsərrüfatına  marağını 

artırmaq və  bu sahəyə həvəsi olan gənclərdə  

dolğun təsəvvür yaratmaq onlara gələcəkdə bu 

sahədə uğur qazandıra və ölkə iqtisadiyyatına töhfə 

verə bilər. 

Bu fikirlər Gənc Polito-

loqlar Mərkəzinin Azərbaycan 

Respublikası Prezidenti 

yanında Gənclər Fondunun 

maliyyə dəstəyi ilə keçirilmiş 

“Sahibkarlıq düşərgəsi – 2016. 

Gənclər üçün qış məktəbi” 

layihəsinin təqdimatında 

səsləndirildi.

Tədbiri açıq elan edən 

Gənc Politoloqlar Mərkəzinin 

sədri İlkin Əliyev layihənin 

məqsədi və onu zəruri edən 

səbəblərdən söz açaraq bildirdi  

ki, gənclərin sahibkarlıq və 

biznes idarəçiliyi sahəsində 

yeni bilik və təcrübə qazanma-

sı onları cəmiyyətin inkişa-

fında pay sahibi edəcəkdir. 

“Bu cür biliklər həmçinin 

gənclərin məşğulluğunu 

da istiqamətləndirə  bilər. 

Ona görə də bu cür təlim 

layihələrinin gənclər ara-

sında həyata keçirilməsini 

məqsədəuyğun hesab edirik.”

Gənc Politoloqlar 

Mərkəzinin sədr müavini 

Elşən Orucov layihə barədə 

iştirakçılara ətraflı  məlumat 

verərək qeyd etdi ki,  Qusar-

da təşkil ediləcək üçgünlük 

təlimdə iyirmi beş gənc iştirak 

edəcək. Təlimdə gənclərə biz-

nes quruculuğu, biznes planın 

hazırlanması, bazarın araşdı-

rılması, biznes layihələndirmə

marketinq, kənd təsərrüfatı 

sahibkarlığı və digər zəruri 

bilgilər veriləcək. 

Azərbaycan Respublikası 

Prezidenti yanında Gənclər 

Fondunun nümayəndəsi Aişə 

Məhərrəmova  təmsil etdiyi 

qurumun hər zaman istər fərdi, 

istərsə də hər hansı  təşkilatda 

birləşən gənclərin maraqlı fikir 

və ideyalarına, layihələrinə 

dəstək olduğunu vurğuladı.  

Üç ay davam edəcək layihənin  

ideya baxımından ciddi maraq 

doğurduğunu bildirən natiq 

qeyd etdi ki, bu cür təlimlər 

gəncləri həm kənd təsərrüfatı, 

həm də digər iqtisadi sahələrdə 

biznes quruculuğu barədə 

məlumatlandırmaqla yanaşı, 

onların gələcəkdə bu sahə ilə 

məşğul olmasına da stimul 

verəcək.

Gənc Politoloqlar 

Mərkəzinin həyata keçirdiyi 

layihələrin gənclər üçün hər 

zaman maraq doğurduğunu 

bildirən Aişə Məhərrəmova 

iştirakçılara bu təlimlərdən 

faydalanmağı, biliklərini artır-

mağı tövsiyə etdi.

Sonda gənclərdə maraq 

doğuran suallar ətrafında 

müzakirələr oldu.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin