Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
“Açıq hökumətin təşviqində “ASAN idarəçilik”
“Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”
İctimai Birliyi Azərbaycan Respublikasının
Prezidenti yanında qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
İsmayıllıda “Açıq hökumətin təşviqində, “ASAN
idarəçilik” mövzusunda tədbir keçirib.
Tədbirin mahiyyətini
Açıq hökumət prinsiplərinin
genişləndirilməsi, korrupsi-
yanın qarşısının alınması üzrə
yeni mexanizmlərin tətbiqi,
vətəndaş cəmiyyəti institutlarının
fəaliyyətinin və ictimai nəzarətin
gücləndirilməsi təşkil edib.
Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbiri giriş sözü ilə
“Korrupsiyaya Qarşı Mübarizə
Mərkəzi” İctimai Birliyinin sədri
Anar Sarıyev açıb. O, “Açıq
hökumətin təşviqinə dair 2016-
2018-ci illər üçün milli Fəaliyyət
Planı”na dair təşəbbüslərdə
“ASAN idarəçiliy”in təbliği
layihəsinin əsas mahiyyəti
barədə tədbir iştirakçılarına
ətraflı məlumat verib.
Rayon icra hakimiyyətinin
başçısı, iqtisad elmləri dok-
toru, Əməkdar elm xadimi
Mirdaməd Sadıqov tədbirin
İsmayıllıda keçirilməsinə görə
minnətdarlığını bildirib və qeyd
edib ki, bu gün İsmayıllıda tam
şəffaf mühit hökm sürür.
Natiq qeyd edib ki,
2017-ci ildən İsmayıllı tam
özünümaliyyələşdirməyə
keçəcəkdir. M.Sadıqov rayonda
şəffaflığın təmin edilməsi ilə ya-
naşı, yeni iş yerlərinin yaradıl-
ması, sənaye və kənd təsərrüfatı
sahələrinin inkişaf etdirilməsi
üçün tədbirlərin görüldüyünü
qeyd edib.
Tədbirdə korrupsiyaya qarşı
mübarizə ilə bağlı mövcud qa-
nunvericiliyin təbliği, mübarizə
tədbirlərinin optimallaşdırıl-
ması barədə maarifləndirmə
söhbətləri aparılıb.
Gənclər Mərkəzinin direkto-
ru, layihənin eksperti Kənan
Quluzadə, dövlət qulluğu ve-
teranı Valeh Salehov, İsmayıllı
Rayon İctimai Nəzarət Şura-
sının üzvü Elçin Məmmədov
çıxış edərək Açıq hökumətin
təşviqində “ASAN idarəçiliy”in
üstünlüklərini, Prezident İlham
Əliyevin bu sahəyə xüsusi
əhəmiyyət verdiyini, ölkə
vətəndaşlarının ümumi razılı-
ğına səbəb olduğunu diqqətə
çatdırıblar.
Sonda rayon icra
hakimiyyətinin başçısı
Mirdaməd Sadıqova “Kor-
rupsiyaya Qarşı Mübarizə
Mərkəzi” İctimai Birliyinin
təşəkkürnaməsi təqdim olunub.
Dostları ilə paylaş: |