Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə32/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   28   29   30   31   32   33   34   35   ...   65
Mirbağır YAQUBZADƏ, 

“Xalq qəzeti”

Bakıda Türk Şurasına üzv dövlətlərin 

iqtisadiyyat nazirlərinin VI görüşü

 

ˆ

2016-cı ilin yanvar-oktyabr aylarında 



Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına 

(Türk Şurası) üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 

1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən 

Türkiyəyə yatırılan investisiyaların məbləği 8 milyard 

dollar, Qazaxıstana isə 190 milyon dollar olub. 

Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ 

dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 

milyon ABŞ dolları təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu 

barədə iqtisadiyyat naziri Şahin 

Mustafayev dekabrın 21-də Bakı-

da keçirilən Türkdilli Dövlətlərin 

Əməkdaşlıq Şurasına (Türk Şura-

sı) üzv dövlətlərinin iqtisadiyyat 

nazirlərinin VI görüşündə deyib. 

Artıq 2-ci dəfədir ki, Bakıda 

təşkil olunan tədbirdə Türkdilli 

Dövlətlərin Əməkdaşlıq Şurasına 

üzv dövlətlərin (Azərbaycan, 

Türkiyə, Qazaxıstan və Qırğı-

zıstan) 50-dən çox nümayəndəsi 

iştirak edib.

Görüşdə Türkdilli 

Dövlətlərin Əməkdaşlıq Şu-

rasına üzv dövlətlər arasında 

iqtisadi əlaqələrə, əməkdaşlıq 

perspektivlərinə dair müzakirələr 

aparılıb. 

İqtisadiyyat naziri Şahin 

Mustafayev qeyd edib ki, türkdilli 

ölkələrin dövlət başçılarının 2009-

cu ildə Naxçıvanda keçirilmiş IX 

sammitində imzalanan Naxçı-

van Sazişi ilə əsası qoyulmuş 

Türk Şurası çərçivəsində bu gün 

ölkələrimiz bütün sahələrdə, 

xüsusilə siyasi, ticarət, iqtisadi 

və mədəni-humanitar sahələrdə 

uğurla əməkdaşlıq edir, bir-birinə 

dəstək olurlar. 

İqtisadiyyat nazirlərinin 

bugünkü görüşünün Türkdilli 

Dövlətlərin Əməkdaşlıq Şurasının 

növbəti Zirvə Toplantısına hazır-

lıq məqsədilə keçirildiyini xatır-

ladan iqtisadiyyat naziri diqqətə 

çatdırıb ki, siyasi əlaqələrimizin 

güclənməsinə xidmət edən 

Parlament Assambleyası, üzv 

dövlətlər arasında əməkdaşlığın 

və anlaşmanın inkişafını təmin 

edən Ağsaqqallar Şurası, biznes 

dairələri arasında əməkdaşlıq 

platformasının yaradılması-

na təkan verən Biznes Şurası, 

mədəni əlaqələrimizin inkişafına 

böyük töhfə verən TÜRKSOY 

kimi müxtəlif qurumlar ortaq 

din, dil və mədəni köklərə malik 

ölkələrimizin daha da yaxınlaşma-

sına geniş zəmin yaradır. Bundan 

başqa, Türk Akademiyası, Türk 

Mədəniyyəti və İrsi Fondu kimi 

təşəbbüslər mədəniyyətimiz, 

tariximiz və milli dəyərlərimizin 

beynəlxalq aləmdə tanınmasını 

təşviq edir. 

Şahin Mustafayev ölkələrimiz 

arasında çoxşaxəli iqtisadi 

əməkdaşlıq əlaqələrinin uğurla 

inkişaf etdiyini qeyd edib. Bu 

əlaqələrin inkişafı ölkələrimiz 

arasında yüksək səviyyəli siyasi 

münasibətlərlə bərabər, həm 

də müvafiq müqavilə-hüquq 

bazasının olmasından irəli gəlir. 

Türk Şurası çərçivəsində artıq 

investisiya təşviqi, investisiya 

mühiti, investisiya statistikası və 

kiçik və orta sahibkarlıq sahələri 

üzrə anlaşma memorandumları, 

ikitərəfli qaydada isə 300-dən 

çox sənəd imzalanıb. Bundan 

başqa, birgə hökumətlərarası 

komissiyalar, Türkiyə ilə Yüksək 

Səviyyəli Strateji Əməkdaşlıq 

Şurası və digər ikitərəfli qu-

rumlar çərçivəsində əməkdaşlıq 

məsələləri müzakirə edilir, mü-

hüm qərarlar qəbul edilir.

Nazir Şahin Mustafayev 

qeyd edib ki, yeni və strateji 

əhəmiyyət kəsb edən əməkdaşlıq 

istiqamətlərindən biri də 

ölkələrimizin tranzit potensia-

lından səmərəli istifadə olun-

ması ilə bağlıdır. Bu baxımdan 

dünya miqyasında ən böyük enerji 

layihələrindən olan “Cənub” qaz 

dəhlizi türkdilli ölkələr üçün geniş 

tranzit imkanları yaradır.

Azərbaycan Respublika-

sı Prezidentinin rəhbərliyi ilə 

ölkəmizdə həyata keçirilən iqtisa-

di islahatlar, sosial-iqtisadi sahədə 

əldə edilən nailiyyətlər, sahibkar-

lığın inkişafı, biznes və investisiya 

mühitinin möhkəmləndirilməsi 

istiqamətində görülən tədbirləri 

diqqətə çatdıran Şahin Musta-

fayev Türk Şurası ölkələri ilə 

ticarət, investisiya, nəqliyyat, 

turizm və digər sahələrdə 

əməkdaşlığın genişləndirilməsi 

barədə fikirlərini bölüşüb. 

Türkiyənin iqtisadiyyat 

naziri Nihat Zeybekci görüşün 

türkdilli dövlətlərin dostluğu-

nun və əməkdaşlığının daha bir 

nümunəsi olduğunu, ölkələrimizin 

ortaq dilə, dinə və mədəniyyətə 

malik olduğunu qeyd edib. Nihat 

Zeybekci Türkiyə iqtisadiyyatı, 

üzv ölkələr arasında mövcud iq-

tisadi və ticarət əlaqələrinin daha 

da genişləndirilməsi imkanları 

barədə məlumat verib və bugünkü 

görüşün türkdilli dövlətlər arasın-

da iqtisadi əməkdaşlığın inkişafın-

da əhəmiyyətli olacağını bildirib. 

Nihat Zeybekci, həmçinin ticarət, 

turizm, gənclər, idman və s. 

sahələrdə əməkdaşlıq imkanlarını 

diqqətə çatdırıb. 

Qazaxıstanın milli iqtisa-

diyyat nazirinin müavini Aydar 

Arifxanov ölkəsinin şuranın 

fəaliyyətini dəstəklədiyini və 

qurumun ölkələrimiz arasın-

da əlaqələrin genişlənməsində 

əhəmiyyətini qeyd edib. Qaza-

xıstanın iqtisadiyyatı, biznes və 

investisiya imkanları, nəqliyyat 

və tranzit potensialı barədə 

məlumat verən Aydar Arifxanov 

türkdilli ölkələri Qazaxıstanın 

tranzit imkanlarından faydalan-

mağa, ölkəsində birgə müəssisələr 

yaratmağa, ticarət əlaqələrini 

genişləndirməyə dəvət edib. 

Qırğızıstanın İqtisadiyyat 

Nazirliyinin stats-katibi xanım 

Ayday Kurmanova ölkəsinin 

Türkdilli Dövlətlərin Əməkdaşlıq 

Şurasında yaxından iştirak 

etdiyini, üzv ölkələrin birgə səyi 

nəticəsində əlaqələrin daha da 

genişlənəcəyinə əminliyini ifadə 

edib. Türk Şurası ölkələri arasında 

müxtəlif sahələrdə əməkdaşlıq, 

Qırğızıstan iqtisadiyyatı barədə 

məlumat verən xanım Ayday 

Kurmanova türkdilli ölkələrin 

Qırğızıstana investisiya yatır-

dığını, iqtisadiyyatın müxtəlif 

sahələrində iştirak etdiklərini 

bildirib.

Türk Şurasının baş kati-

bi Ramil Həsənov çıxışında 

təşkilatın fəaliyyəti, görülən işlər 

barədə məlumat verib, türkdilli 

ölkələr arasında iqtisadi sahədə 

əməkdaşlığın dərinləşdirilməsinə 

dair təkliflər səsləndirib. Qeyd 

olunub ki, Bakı-Tbilisi-Qars 

dəmir yolunun istifadəyə 

verilməsi, Azərbaycanın Ələt 

və Qazaxıstanın Aktau li-

manlarının genişləndirilməsi 

türkdilli ölkələr arasında iq-

tisadi və ticarət əlaqələrinin, 

tranzit əməkdaşlığının 

genişləndirilməsinə imkan 

verəcək.  

Sonra Türk Şurası Katib-

liyinin iqtisadiyyat üzrə işçi 

qrupunda bir gün əvvəl müzakirə 

edilən məsələlər barədə nazirlərə 

məlumat verilib, müzakirələr 

aparılıb, Türkdilli Dövlətlərin 

Əməkdaşlıq Şurasının üzv 

dövlətlərinin iqtisadiyyat 

nazirlərinin VI görüşünün yeku-

nuna dair Protokol imzalanıb.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin