AZƏRTAC
Azərbaycanın Ermənistan ilə dövlət sərhədində
keçirilən monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində
Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirilən monitorinq
insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər
ki, monitorinqi Azərbaycan tərəfdən
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsinin səhra köməkçiləri Jiri
Aberle və Saymon Tiller keçiriblər.
Ermənistan tərəfdən isə monitorin-
qi ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsinin səhra köməkçiləri
Gennadi Petrika, Xristo Xristov və Piter
Şvedberq aparıblar.
Dostları ilə paylaş: |