AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının IV Məclisinin iclası keçirilib
Paytaxtda sərnişindaşıma xidməti günün
tələbləri səviyyəsində yenidən qurulur
Son bir ildə Bakı şəhərinin nəqliyyat
sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi,
sərnişinlər üçün beynəlxalq standartlara uyğun
avtomobil nəqliyyatı xidmətinin təşkilinin
genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin
daşınması qaydalarına nəzarətin gücləndirilməsi,
nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu
sahədə islahatların davam etdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilib.
Bu və digər məsələlər
barədə Bakı Nəqliyyat Agentli-
yinin fəaliyyətə başlamasının bir
illiyinə həsr olunmuş mətbuat
konfransında ətraflı məlumat
verildi. Agentliyin baş direktoru
Vüsal Kərimli başa çatmaqda
olan 2016-cı ilin sərnişindaşıma
sahəsində mövcud vəziyyətin
təhlili və strateji fəaliyyət
planının hazırlanması ili kimi
xarakterizə edildiyini diqqətə
çatdıraraq bildirdi ki, ötən bir
il ərzində paytaxtın nəqliyyat
sistemində mövcud vəziyyət
təhlil edilib, həllivacib məsələlər
müəyyənləşdirilib. Qeyd olundu
ki, ölkə Prezidenti cənab İlham
Əliyevin 21 dekabr 2015-ci il
tarixli fərmanı ilə yaradılan Bakı
Nəqliyyat Agentliyi tərəfindən
marşrut şəbəkəsinin paytaxtın
müasir inkişafına uyğunlaşdı-
rılması və xidmət səviyyəsinin
artırılması, bu sahədə mövcud
pərakəndəliyin aradan qaldı-
rılması istiqamətində mühüm
işlər görülüb. Bu məqsədlə
“Bakı Nəqliyyat Planı”na
uyğun olaraq paytaxtda 157
sayda mövcud marşrut xətti
xarici mütəxəssislərlə birgə
təhlil edilib, sərnişin sayı
dəqiqləşdirilərək hərəkət sxemləri
müəyyənləşdirilib.
Hazırda Bakı şəhərində 58
daşıyıcı qurum tərəfindən 2100
ədəd avtobusla sərnişindaşıma
xidmətinin göstərildiyini bildirən
V. Kərimli qeyd etdi ki, Bakı
Nəqliyyat Agentliyi xidmət
səviyyəsinin artırılması və
təhlükəsizliyin təmin edilməsi
məqsədilə daşıyıcılar qarşısın-
da müvafiq qanunvericilik və
hüquqi normativ aktlardan irəli
gələn tələb qoyub. Hazırda həmin
tələblərin icrasının vacibliyi
nəzərə alınaraq mütəmadi olaraq
monitorinqlər aparılır, mövcud
çatışmazlıqlar aşkar edilərək
həlli ilə bağlı operativ tədbirlər
görülür. Ötən bir il ərzində bir
sıra daşıyıcıların maddi-texniki
istehsalat bazalarına keçirilən ba-
xış zamanı paytaxtda müntəzəm
sərnişindaşıma ilə məşğul olan
daşıyıcılardan yalnız 17-nin
maddi-texniki istehsalat bazasına
malik olması müəyyənləşdirilib.
Bu sahədə mövcud vəziyyətin
normallaşdırılması istiqamətində
2017-ci ildə kompleks tədbirlərin
görüləcəyini vurğulayan agent-
lik rəhbəri marşrut xətlərinin
müvəqqəti istismara verilməsinin
Nazirlər Kabinetinin müvafiq
qərarına əsasən müsabiqə yolu
ilə həyata keçiriləcəyini və
maddi-texniki bazası tələblərə
cavab verməyən daşıyıcıların
mərhələli şəkildə sərnişindaşıma
sistemindən kənarlaşdırılacağını
diqqətə çatdırdı.
Qeyd olundu ki,
sərnişindaşıma sahəsində tətbiq
edilən yeniliklərdən sayılan eks-
press xətt marşrutunun istifadəyə
verilməsi ilə bağlı tədbirlər
2017-ci ildə də davam etdiriləcək.
Marşrut şəbəkəsinin optimallaş-
dırılması çərçivəsində görülən
işlərdən bəhs edən V. Kərimli
bildirdi ki, son bir ildə 3 marşrut
xətti ləğv edilib, 1-i isə bərpa
edilib, eləcə də sakinlər, həmçinin
ayrı-ayrı təşkilatlardan daxil olan
müraciətlər əsasında sərnişin
tələbatı nəzərə alınaraq 5 marş-
rutun xətti uzadılıb, marşrutların
təkrarlanma hallarının qarşısını
almaq məqsədilə 14 marşrut üzrə
hərəkət sxemləri, 2 marşrut üzrə
isə daşıyıcılar dəyişdirilib. Son
illər şəhərin mərkəzi hissəsində
müşahidə olunan tıxacların
minimuma endirilməsi məqsədilə
metronun “Koroğlu” stansi-
yasının yaxınlığında yaradılan
nəqliyyat mübadilə mərkəzinin
uğurlu fəaliyyəti nəzərə alına-
raq gələcəkdə “Avtovağzal”,
“Dərnəgül”, “28 May” metro
stansiyaları və “Lökbatan dairəsi”
ətrafında da belə mərkəzlərin
yaradılması nəzərdə tutulub. Eyni
zamanda, Bakı şəhərində günün
pik saatlarında yaranan nəqliyyat
sıxlığınının aradan qaldırılması
məqsədilə dövlət qurumlarında
iş vaxtının başlama saatlarının
dəyişdirilməsi ilə əlaqədar təklif
layihəsi hazırlanaraq Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim edilib.
Ötən bir ildə ictimai
nəqliyyatda vahid kart ödəniş
sisteminə keçidin uğurla reallaş-
dığını bildirən agentlik rəhbəri
hazırda Bakı şəhərində 450 ədəd
avtobusun nağdsız ödəniş-vahid
kart sisteminə qoşulmasının təmin
edildiyini, sərnişin avtobuslarına
“GPS” izləmə cihazlarının quraş-
dırıldığını diqqətə çatdırdı. Bildi-
rildi ki, 1551 ədəd avtobusda qu-
raşdırılan belə cihazlar vasitəsilə
avtobusların real vaxt rejimində
hərəkət istiqamətləri, kəskin
sürətlənmə, əyləc sistemindən
istifadə, sürət həddinin aşması və
digər pozuntuların qeydiyyatı və
təhlili, avtobusların yerləşdikləri
məntəqələrin koordinatlarının
təyin edilməsi mümkün olacaq.
Mətbuat konfransında,
həmçinin Bakı Nəqliyyat
Agentliyi tərəfindən taksi minik
avtomobilləri ilə sərnişindaşıma
xidmətlərinin səmərəliliyinin
və keyfiyyətinin artırılması
məqsədilə həyata keçirilən
tədbirlər barədə də ətraflı
məlumat verildi. Qeyd olundu
ki, təqribi hesablamalara əsasən,
hazırda Bakı şəhərində 16500
ədəd taksi ilə sərnişindaşıma
faəliyyəti göstərilir. Taksi
fəaliyyəti göstərən 7215 hüqu-
qi və fiziki şəxs (sürücülərin
soyadı, əlaqə nömrələri və texniki
göstəriciləri), həmçinin nəqliyyat
vasitələrinin sayı, buraxılış ili və
yerləşdiyi ünvan barədə məlumat
bazası hazırlanıb, taksi xidmətinin
yüksəldilməsi məqsədilə dayana-
caqların yaradılmasına başlanılıb.
Mətbuat konfransında iştirak
edən Beynəlxalq Konsaltinq Qru-
punun rəhbəri Panos Protopsaltis
Bakı şəhərində sərnişindaşıma işi-
nin təkmilləşdirilməsi sahəsində
həyata keçirilən məsləhət
xidmətləri ilə bağlı fikir və
mülahizələrini bölüşdü, bu sahədə
reallaşdırılacaq pilot layihələrdən
bəhs etdi.
Sonda jurnalistlərin çoxsaylı
sualları ətraflı cavablandırıldı.
Dostları ilə paylaş: |