Qorçilər: K. M. Röhrborn qorçi istilahının yalnız səfəvilərin hakimiyyətə
keçməsindən sonra işləndiyini bildirir [74, 74]. Bu fikirlə razılaşmaq olmaz. XV -
XVI əsrlərin bir sıra tarixi mənbələrində, o cümlədən ―Əhsənüt-təvarix‖də XV
əsrin əvvəllərində işlədilən ―qorçi‖ istilahına rast gəlirik [66, 49; 95, 169; 59, 408;
92, 243; 56, 302].
Həsən bəy Rumlu 813 (1410)-cü ildə Sultan Əhməd Cəlayirinin Təbrizə
hücumu zamanı qorçilərin zərli paltar geyinərək, əllərində müxtəlif silahlar
tutduqlarını göstərir [66, 63] ki, bununla da, hələ XV əsrin əvvəllərindən qorçilərin
xüsusi geyimləri olduğu aydınlaşır. ―Əhsənüt-təvarix‖in bu məlumatına əsasən
qorçi dəstələrinin XIV əsrin ikinci yarısında da mövcud olduğu güman edilə bilər.
V. F. Minorskinin yazdığına görə, qorçilər başqa döyüşçülərdən
fərqlənməkdən ötrü uzun bığ saxlayırdılar [99, 53]. Həsən bəy Rumlu səfəvi
qorçilərinin xüsusi zirehli paltar geydiklərini bildirir [65, 465].
Qorçi dəstələri hökmdarı qoruyan və daim onun keşiyini çəkən etibarlı
alaylar olmuşdur ki, onun üzvləri əsasən əmirzadələrdən seçilirdi [65, 465].
İsgəndər bəy Münşi yüz nəfər şah qorçisinin qüvvətdə min nəfər başqa döyüşçüyə
bərabər olduğunu bildirir [58, 142].
―Qorçi‖ sözünün Azərbaycan mənşəli ―qorumaq‖ felindən yarandığını
söyləyən tədqiqatçıları haqlı hesab etmək olar [7, 340; 11, 40]. Ə. Nəvayi qorçi
istilahının fars dilində silah mənasını verən ―qur‖ sözündən düzəldiyini göstərir
[66, 839]. Əgər ―qorçi‖, doğrudan da, ―qur‖ sözündən yaranmışsa, gərək bütün
döyüşçülər ―qorçi‖ adlandırılaydı, çünki ―döyüşçü‖ dedikdə dərhal silahlı hərbçi
təsəvvürə gəlir. Bu da məlumdur ki, ―qorçi‖ adı altında ordunun bütün döyüşçüləri
yox, yalnız şahı qoruyan alayların üzvləri başa düşülürdü.
45
Qorçi dəstələrində bir neçə min döyüşçü olmuşdur [65, 199]
23
ki, Həsən
bəy Rumlunun bu məlumatı şah alayı üzvlərinin ümumi miqdarı haqqında
müəyyən təsəvvür yaradır.
Qorçilər arasında nizam-intizamın yüksək olması və orta əsrlərdə tez-tez
üzə çıxan tayfa ixtilaflarının baş verməməsindən ötrü hər qorçi dəstəsinin
üzvlərinin tərkibi yalnız bir tayfa nümayəndələrindən ibarət olurdu [65, 235, 466].
Qorçilər mənsub olduqları yer və tayfanın adı ilə adlanırdılar: Naxçıvan qorçiləri,
şamlu qorçiləri və s.
Müharibə vaxtı qorçi dəstələri çox vaxt ehtiyatda (tərh) qalır [66, 146],
yalnız ən çətin anlarda vuruşa çıxarılırdılar [65, 199].
―Əhsənüt-təvarix‖dən bəlli olur ki, şücaətli qorçi göstərdiyi xidmət
müqabilində əmirlər sırasına belə daxil edilirdi. Məsələn, I Şah İsmayılın məşhur
əmiri Müntəşa sultan 919 (1513/14)-cu ildə adi qorçi idi [65, 140].
Qorçilərin aşağıdakı qrupları məlumdur:
1) Ox və kaman qorçisi (qorçi-yi tir-o kaman) [65. 252; 81, 256a; 88, 305;
61, 308b, 328b]. Bu vəzifə sahibləri qorçi dəstələrinin vacibli üzvləri olmuşlar.
Həsən bəy Rumlu onların sayca çox olduqlarını bildirir [65, 478]. Onlar istilahın
adından da göründüyü kimi, ox və kaman üzərində məsul idilər.
2)Qılınc qorçisi (qorçi-yi şəmşir) [88, 305]. Məhəmməd Sədr Haşemi bu
istilahın türkcə (azərbaycanca—Ş. F.) ―qılınc qorçisi‖ adlandığını bildirir [93, 40].
3)Hərəm qorçisi (qorçi-yi hərəm) [81, 269b; 76, 57a] hərəmxananı
qoruyan qorçilərə verilən ad olmuşdur.
4)Şah rikabdarlarının qorçisi (qorçi-yi zerəkan) [61, 338b]. Məhəmməd
Sədr Haşemi bu qorçini isə ―şah rikabdarlarının rəisi‖ adlandırır [93, 40].
Göstərdiyimiz bu dörd qorçi qrupundan əlavə, İsgəndər bəy Münşi daş
qorçilərinin də (qorçiyan-i daş) olduğunu bildirir [58, 141] ki, bu istilaha başqa
mənbələrdə rast gəlmədik.
Qorçilər yalnız qızılbaş tayfaları nümayəndələrindən təyin edilirdi [74,
74]. Yuxarıda yazdığımız kimi, ―Əhsənüt-təvarix‖in müəllifi də gəncliyində qorçi
olmuşdur
24
.
Qorçilərin fəaliyyət dairəsi təkcə taxt-tac sahibini, qorumaqla
məhdudlaşmırdı, onlar eyni zamanda fəal döyüşçü idilər [65, 322]. Hindistan
hökmdarı Məhəmməd Hümayun öz əfqan düşməni ilə vuruşmaqdan ötrü I Şah
Təhmasibdən kömək istədikdə, təsadüfi deyil ki, ona kömək üçün 300 qorçi və
1000 nəfər başqa döyüşçü göndərilmişdi [65, 310].
Qorçilərə divan tərəfindən illik məvacib təyin edilirdi. 955 (1548)-ci ildə
Türkiyə sultanı Süleyman və Şah Təhmasibin xain çıxmış qardaşı Əlqas Mirzənin
23
O.Ə. Əfəndiyev qorçilərin sayının 4 – 6 min nəfərə çatdığını bildirir [55, 51]
24
8-ci səhifəyə bax.
46
Azərbaycana
hücumu zamanı səfəvi hökmdarının əmri ilə qorçiləri
rəqbətləndirməkdən ötru onların illik məvacibləri dərhal ödənilmişdi [81, 268a].
―Əhsənüt-təvarix‖də XV-XVI əsrlərdə Azərbaycanın ordusu, onun təşkili
və vəziyyəti də əks olunmuşdur.
Dostları ilə paylaş: |