Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
kitab20100816020715748

Aman malı. (Mal-i əmani). Şəhəri döyüşlə tutan, yaxud, şəhər əhalisindən 
narazı qalan hökmdar onlardan böyük məbləğdə aman malı tələb edirdi (64, 196a; 
30,  26a;  26,  251).  857-  (1453/54)-ci  ildə  Cahanşah  İsfahan  şəhərini  hələ  həddi-
büluğa çatmayan oğlu Məhəmmədi Mirzəyə vermiş və onun əvəzində şəhəri idarə 
etməkdən  ötrü  lələsini  yollamışdı.  Lələ  və  isfahanlılar  arasında  narazılıq  baş 
verdiyindən  bu  şəhər  camaatı  qaraqoyunlu hökmdarının qəzəbinə  düçar  olmuş  və 
onların üzərinə 3000 tümən aman malı qoyulmuşdu (64, 196a). 
Mal-o cehat. Məhsulun bir hissəsi kimi  yığılan renta vergi növüdür (39, 
226).  Həsən  bəy  Rumlunun  təsvirindən  görünür  ki,  bu  vergi  olduqca  gəlirli 
olmuşdur. I Şah İsmayıl Diyarbəkrin idarə olunmasını əmiri Qaraxana verdiyi vaxt 
əmir  öz  əvəzinə  oraya  Əhməd  Çələbi  adlı  bir  nümayəndəsini  yollamışdı.  Ancaq 
Əhməd  Diyarbəkrin  mərkəzi  Amid  şəhərinin  mal-o  cehatını  Qaraxana 
göndərmədiyindən xan onu öldürmüşdü (65, 156). 
Bəzən  müəyyən  bir  yerin  mal-o  cehatı  şəxsə  məvacib  əvəzinə  verilirdi. 
Sübut  üçün  bu  cümlə  kifayətdir:  ―Bu  yerin  mal-o  cehatı  məvacibi  olan  İsgəndər 
bəy Əfşar...‖ (61,316a). 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin