57
böyük məbləğdə xərac qoyulurdu. 953 (1546/47)-cü ildə I Şah Təhmasibə qarşı
üsyan edən Əlqas Mirzə bağışlanmasından ötrü öz şah qardaşının yanına anası və
oğlunu yolladıqda, şah onu əfv etmiş və hər il xəzinəyə 1000 Təbriz tüməni
məbləğində xərac verməyini cəza əlaməti kimi ona qəbul etdirmişdi (65, 315; 74,
82).
Orta əsrlər Azərbaycanında ticarət yollarından istifadə olunaraq mal
daşınarkən, şəhərə giriş darvazasında bac alınırdı. Bacı, əsasən, tacirlərdən tələb
edirdilər (26, 223 - 224) ki, bu da ticarətin inkişafına olduqca pis təsir göstərirdi.
(26, 67 - 68). ―Əhsənüt-təvarix‖də bac istilahı xərac sözünün sinonimi kimi
işlənmişdir (64, 251b; 74, 127, 142).
Mal. Müxtəlif xüsusi əmlakdan bağ, meşə sahəsi, dəyirman və s.-dən,
ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur (26, 240). Bəzən mal
dedikdə dövlət xəzinəsinə daxil olan vergilər yığımı nəzərdə tutulurdu (65, 386;
26, 240). Mal məhsul, ya da pulla verilirdi. Bu istilah mülkiyyət, xüsusiyyət və pul
mənasında da işlədilir (64, 177a; 26, 240). ―Əhsənüt-təvarix‖də bu söz qənimət
mənasında da göstərilmişdir (64, 263a).
Dostları ilə paylaş: