2. İqtisadi vəziyyət
Orta əsr tarixi mənbələrində bu və ya digər ölkənin iqtisadi vəziyyəti
haqqında olduqca az məlumat olmasına baxmayaraq, həmin məlumatın
araşdırılması mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, XV əsrdə feodalların istifadəsində olan torpaqlar həcm
etibarilə dövlətin ixtiyarındakı torpaqlardan çox idi [39, 74]. XVI əsrdə isə
vəziyyət bir qədər dəyişildi. Belə ki, əsrin əvvəlində yaranan Səfəvi dövləti dövlət
torpaqlarının həcmini genişləndirməyə başladı. Lakin feodalların ixtiyarında hələ
də xeyli torpaq sahələri qalırdı [39, 74].
Əgər XV əsrdə Azərbaycanda torpaq üzərindəki hakimiyyətin əsas növü
irsi soyurqal idisə, artıq XVI əsrdən soyurqal verilişi xeyli azalmışdı. Səfəvilər
apardıqları mərkəzləşdirmə siyasəti naminə Azərbaycanda və hakimiyyətləri
altında olan digər ölkələrdə soyurqalı azaltmaqla yeni özünəməxsus bir institut
olan tiyulu möhkəmlətməyə çalışırdılar [39, 74] ki, bu barədə bir qədər aşağıda
danışılacaqdır.
Əvvəllərdə olduğu kimi, XV-XVI əsrlərdə də dövlətin, ayrı-ayrı
feodalların, eləcə də hərbçilərin əsas gəliri onlardan asılı olan rəiyyətin istismar
edilməsi və başlıca olaraq, hərbi yolla qənimət ələ keçirilməsi ilə əldə edilirdi [39,
76]. Buna görə də dövlət başçıları daim soyğunçu müharibələr törədir, nəticədə
kənd və şəhər əhalisi
30
hərbi dəstələrin tapdağı olur, əkinçilik və sənətkarlıq
tənəzzülə uğrayırdı.
XV - XVI əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti kəndlərdə yaşayır,
təsərrüfatla məşğul olurdu. Ölkə atlarının şöhrəti ətraf dövlətlərə yayılmışdı [64,
237a]. Azərbaycan öz yaylaq və qışlaqları ilə də məşhur idi [64, 259a]. Şəhərlərdə
sənətkarlığın müxtəlif sahələri inkişaf etməkdə idi. Qərbə və Şərqə gedən baş
karvan yolları Azərbaycandan keçirdi [26, 54].
―Əhsənüt-təvarix‖ əsərində XV-XVI əsrlər Azərbaycan şəhərlərindən
Təbriz [64, 269a, 270b], Bakı [65, 46, 108], Naxçıvan [65, 57, 163], Ərdəbil [65,
225, 247], Bərdə [64. 269], Şəki [64, 254a, 259a], Şamaxı [64, 126a], Marağa [64,
255a, 269a], Mahmudabad [64, 164a, 165a], Gəncə [65, 57, 317], Cavad [65, 57],
Salyan [65, 296], Yevlağın [65. 317] adı dəfələrlə çəkilmiş, çaylarımızdan Araz
[64. 265a, 269a], Kür [64, 254a, 269a] Samur [65, 317, 320] göstərilmiş, strateji-
siyasi cəhətcə əhəmiyyətli qalalardan Əlincə [64, 247a, 262a], Gülüstan [65, 47,
286 - 287], Kiş [65, 334, 349], Gələsən-Görəsən [65, 349], Qəbələ [65, 43, 286],
30
―Əhsənüt-təvarix‖də kənd və şəhər əhalisi rəiyyət və rəaya adlandırılır [64, 263b, 269a]
51
Maku [64, 169a, 186a] və s. haqqında danışılmışdır. Müəllif Gülüstan qalası
barədə ―Şirvan vilayətinin ən böyük qalasıdır‖ cümləsini yazır [65, 46, 108].
Muğan [65, 286], Aran [64, 165a, 250b] və Qarabağ [64, 247a] da Həsən bəy
Rumlu tərəfindən müəyyən qədər təsvir olunmuşdur.
İndi də ―Əhsənüt-təvarix‖ əsəri əsasında XV - XVI əsrlərdə Azərbaycanda
olan torpaq mülkiyyəti növləri haqqında məlumat verək.
Dostları ilə paylaş: |