Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
kitab20100816020715748

Vergi  və  mükəlləfiyyətlər.  XV  əsrdən  etibarən  soyurqal  feodal  torpaq 
institutunun  genişləndirilməsi  ilə  əlaqədar  olaraq  iri  feodal  torpaq  mülkiyyəti 
artmağa  başladı.  Sahibkarlar  isə  müxtəlif  vergi növləri ilə  rəiyyəti  əldən  salır  və 
get-gedə  varlanırdılar.  Buna  görə  də  kənd  və  şəhər  əhalisinin  vəziyyəti  olduqca 
ağır idi. Həsən bəy Rumlu əhalinin istismarı və yoxsullaşmasına səbəb olan bir sıra 
vergi və mükəlləfiyyətlər haqqında müəyyən məlumat verir.  
Bildiyimiz  kimi,  vergilər  xüsusi  dövlət  vergiyığanları  -  mühəssillər 
vasitəsilə  toplanırdı  [64,  269a;  56,  329,  356].  ―Əhsənüt-təvarix‖də  xalqın 


56 
 
mühəssillərin  əlində  giriftar  olduğu  aşkar  göstərilmişdir.  O  yazır:  ―Hamı 
mühəssillərin əlində giriftar oldu‖ [64, 200b]. 
Mühəssillər  vergiləri  müəyyən  olunmuş  miqdardan  artıq  yığmağa 
çalışırdılar.  Onlar  vergi  verə  bilməyənləri  işgəncə  ilə  məcbur  edir,  çoxlu  mal  ələ 
keçirməyə çalışırdılar [65, 69]. Vergi toplanışı zamanı vergiyığanların özbaşınalığı 
şəhər  və  kəndlərdə  narazılıq  yaradır  və  bəzi  hallarda  üsyana  səbəb  olurdu.  808 
(1405/06)-ci ildə qanunsuz olaraq rəiyyət malına əl uzadılmasından həyəcana gələn 
Təbriz  əhalisi  üsyan  etmiş,  vergiyığan  Xacə  Pirəlini  öldürmuş  və  səngər 
(küçəbənd) düzəldərək döyüşə başlamışdı (64, 269a). 
Vergilər  əhalidən  məhsul  və  pul  ilə  yığılırdı  ki,  bu  haqda  əsasən  Həsən 
bəy Rumlunun məlumatını şərh etməyə çalışacağıq. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin