52
dedilər ki, vəqf yerlərindən bəzisi uzun müddətdir ki, onun (Qazi Cahanın—Ş. F.)
istifadəsindədir (və oranı) öz mülkü kimi zəbt etmişdir. Dinin pənahı olan şahın
fikri belə oldu ki, topladığı vəsaiti onun əlindən alsınlar və bu müddətdə yığdığı
pulları geri götürsünlər‖ [65, 375].
Həsən bəy Rumlu bu məlumatı verdikdən sonra sabiq vəzirinin kasıblığını
görən Şah Təhmasibin nəinki Qazi Cahan barədə verdiyi hökmü dəyişdirdiyini,
hətta ona soyurqal şəklində müəyyən məbləğ pul da verdiyini yazır: ―Əhvalat baş
verməzdən əvvəl (Qazi Cahan) özünü saraya çatdırdı. Şah Təhmasib onun
acizliyini, çarəsizliyini, qocalığını, zəifliyini və halının pərişanlığını görüb, fikrini
dəyişdi və soyurqal sifətilə ona pul da verdi‖ [65, 375-376).
Buradan belə nəticəyə gəlmək olur ki, vəqf gəlirinin mənimsənilməsinə
bəzən göz yumulur, vəqf torpaqlarının xüsusi surətdə istismar edilməsinə
etinasızlıq göstərilirdi.
―Əhsənüt-təvarix‖ salnaməsində üç növ şərti feodal torpaq mülkiyyətinin
adı çəkilmişdir: iqta, soyurqal, tiyul. XIV əsrin ortalarından etibarən iqta institutu
öz yerini soyurqala verdiyindən [39, 155; 26, 182] iqta torpaq mülkiyyəti barədə
danışmağı lazım bilmədik. Soyurqal və tiyul institutları haqqında isə Həsən bəy
Rumlu və başqa tarixçilərin verdikləri məlumata əsasən ayrı-ayrılıqda
danışılaçaqdır.
Dostları ilə paylaş: