Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə27/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   173
Ar2019-47-1


§ 4. Atropatena dövləti



Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunanca adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyəti, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. E.ə IV əsrin 50-ci illərin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi.
E.ə. 334-cü ilin yazında Makedoniyalı İskəndər Kiçik Asiyaya soxuldu. E.ə.
334-cü ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İskəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin hakimiyyəti altına keçdi. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın 1-də Qavqamel kəndi yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir. Buna görə də III Dara Həmədana qaçır və orada ölür. Atropat da öz siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir.
III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. Əhəmənilər imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat Bütün Cənubi Azərbaycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa torpaqları işğal etməklə məşğul olan zaman Atropat öz hakimiyyətini möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qızını İskəndərin yaxın sərkərdələrdən birinə Perdikaya verir. Ümumiyyətlə İskəndər yerli İran aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 İran şahzadə qızına evlənmiş, onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. E.ə. 324-cü il yayın sonunda Midiyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır. E.ə. 323-cü ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun varisi Atropatın yeznəsi Perdika olur. E.ə. 321-ci ildə Perdikanın ölümündən sonra satraplıqlar ikinci dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölgüyə daxil olmur. Görünür bu dövrdən kiçik Midiya müstəqil dövlət olur.
Kiçik Midiya Şərqdə makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün “Coğrafiya” əsərində yazırdı – Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat Midiyasıdır. Öz adını o, hərbi rəis Atropatdan götürmüşdür. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermədi. Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimiyyət uğrunda mübarizəyə qarışması yeni dövlətin yaranmasına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun qohumluq əlaqələri mühüm rol oynadı. Azərbaycan ərazisində döyüşən kadusi və skif tayfalarının olması da Atropata öz dövlətinin müstəqilliyini qorumağa imkan verdi. İskəndərin ölümündən sonra taxta onun ögey qardaşı Arridey III Filipp adı ilə çıxdı. İskəndərin oğlu İskəndər həddi-buluğa çatandan sonra taxta sahib olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikka başçılıq edirdi. E.ə. IV əsrin sonunda selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (e.ə. 305-280) və onun oğlu Antioxun (e.ə.280-261) səylərinə baxmayaraq e.ə. III əsrin ortalarına yaxın selevkilər dövləti tənəzzül qarşısında idi. Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir. Atropatena dövlətinin adına bizim e.ə. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın çarlığı xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Ermənistan və İberiya və onun tərkibinə daxil idi. Selevki çarı III Antioxun dövründə (e.ə..223-187) Selevkilər Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur olur. Er.əv.III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq e.ə. 190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra selevkilər dövlətinin tənəzzülü dövrü başlayır. Artıq e.ə. II əsrin 60-cı illərində Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və müstəqil dövlətə çevrilir. E.ə. II əsrin 50-ci illərində parfiyalılar həlledici siyasi qüvvəyə çevrilir. Təqribən er.əv.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimiyyətinə son qoyulur. E.ə. 130-cu ildə Selevkilərin öz hakimiyyətlərini bərpa etmək cəhdləri məğlubiyyətə uğrayır.
E.ə. II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur. E.ə. I əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. E.ə. I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. E.ə. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə uğradır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. E. ə. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə Atropatena ilə Parfiya arasında narazılıq başlayır. Atropatenanın köməyinə arxalanan Antoni e.ə. 34-cü ildə Erməni dövlətinə hücum edərək onu özünə tabe edir. Ancaq onun Parfiyaya qarşı hücumu təxirə salınır. Belə ki, Antoni ilə 2-ci triumviratın üzvü Oktavian arasında başlanan hakimiyyət uğrunda mübarizə buna mane olur. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu uzun çəkmir. Eramızın təqribən 20-ci ilində Atropatilər sülaləsinin Atropatenada hakimiyyətinə son qoyulur. Atropatenada hakimiyyəti Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına keçir.

§ 5. Albaniya dövləti antik dövrdə


E.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazırda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi.
Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır. Albaniya artıq e.ə. I əsrdə Şərqi Anadoluda, Van gölü hövzəsində müvcud olan Ərməniyə adlı kiçik dövlətin hücumlarına məruz qalmışdır. Balkanlardan köçüb gəlmiş ermənilər öz torpaqlarını Atropatena, İberiya və Albaniya ərazilərilə təcavüzkarlıq yolu ilə genişləndirməyə cəhd edirdilər. Göyçə gölünün hövzəsindəki Albaniya çarlıqları, Kaspiana, indiki Naxçıvan bölgələri və b. torpaqlarımız tez-tez erməni istilalarına məruz qalırdı.
I Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi erməni çarlarının qısa müddətli işğallarına əsaslanan bir sıra orta əsrlər və çağdaş erməni müəllifləri dünya tarixşünaslığına “Dənizlərdən dənizlərə uzanan böyük Ermənistan” əfsanəsini yerləşdirməyə, qonşu xalqların, ilk növbədə Azərbaycan türklərinin əzəl torpaqlarını erməni çarlıqları elan etməyə başlamışdılar. Onların bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə Armeniya “Şərq torpaqları”, Armeniya “Ağvan qismi” adlandırırlar. Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir. Romalılar Albaniyanı işğal etmək niyyətindən əl çəkmirdilər. Artıq yuxarıda qeyd edildiyi kimi, II Pont hökmdarı VI Mitridat Yevpator və onun müttəfiqi II Tiqranın Roma imperiyasının Kiçik Asiya mülklərinə həmlələri onların özü üçün acı nəticələrə gətirib çıxarırdı. VI Mitridatı darmadağın edən, II Tiqranı əzən Lusi Lisini Lukullun bəzi qətiyyəsiz addımlarından sonra Roma senatı onun yerinə Qney Pompeyi şərq əyalətlərinin canişini təyin etdi. E.ə 66-cı ildı Pompeyin başçılığı ilə II Tiqranı yenidən diz çökdürən romalılar elə həmin il VI Mitridatı izləyərək Cənubi Qafqaza yeridirlər. İlk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücum etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücüm alınmadı. Vaxtında hücumdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalılar tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkərdəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə soxulub zaman Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi. Roma sərkərdəsi Antoninin məşhur (e.ə. 36-cı il) ekspediyası zamanı Ərməniyyəni tutmuş romalılar sərkərdə Kanidi Krassın başçılığı ilə Albaniyaya da soxulmuşdular. Onlar albanlara qalib gəlmiş və alban hökmdarı Zoberi özlərinə tabe olmağa məcbur etmişdilər. Eramızın I-II əsrlərində Albaniyanın tarixi haqqında məlumatlarımız azdır. Roma, Parfiya və b. qonşunların tez-tezAlbaniyaya yürüşlərinə baxmayaraq, albanlar öz müstəqilliklərini qoruyub saxlaya bilirdilər. Eramızın 80-90-cı illərində romalılar Xəzər sahillərinədək gəlib çıxsalar da burada möhkəmlənə bilməmişlər. Məşhur Roma imperatoru Trayanın (96-117) şərq yürüşü zamanı ərazisinin toxunulmazlığını qoruyub saxlamış albanlarla imperator Adrian (117-138) da dostluq əlaqələri saxlamışdır. Bəzi məlumatlara görə, 20-ci illərdən Albaniyada taxta Arşakilərin nümayəndələri çıxmışdılar. Alban Arşakiləri də ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail olmuşdular.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin