Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Azərbaycan Səlcuq imperiyası tərkibində



Yüklə 3,15 Mb.
səhifə35/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   173
Ar2019-47-1

§ 2. Azərbaycan Səlcuq imperiyası tərkibində


XI əsrin II yarısında Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük səlcuq imperatorluğu yarandı. Səlcuqlar oğuz-türkləri idilər. Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcuqun adından əmələ gəlmişdir. Səlcuq özü əvvəllər oğuz-türk tayfalarından biri olan qınıq tayfasının başçısı olmuş, X əsrdə islam dinini qəbul etdikdən sonra oğuz-səlcuq tayfalarına başçılıq etmişdir. Səlcuqlar Sır-Dərya boyundakı torpaqlarda yaşayırdılar. Lakin burada Qaraxanilər və Qəznəvilər tərəfindən sıxışdırıldıqları üçün qərbə doğru axınmağa başladılar. Onların əsas hücum hədəfi Bizans torpaqları oldu. Səlcuq türklərinin tayfa başçısı Toğrul bəyin göstərişi ilə onun qardaşı Çağı bəy 1015 ildə Bizansa qarşı ilk kəşfiyyat səfərinə çıxdı. Onlar İran və Azərbaycan torpaqlarını aşaraq Bizans ərazisinə daxil oldular. Çağı bəy Bizans qoşunlarına qalib gələrək Van gölü hövzəsini ələ keçirdi. Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldı. Bizansa qarşı hərbi əməliyyatını davam etdirə bilməyən Çağı bəy 1021 Mavərannəhrə dönüb səfəri barədə qardaşı Toğrul bəyə məlumat verdi. O, Qaraxanilər və Qəznəvilər kimi qüdrətli qonşularla toqquşmaqdansa xilafətin tənəzzülündən sonra siyasi dağınıqlıq dövrü yaşayan İran, cənubi Qafqaz, o cümlədən Azərbaycan istiqamətində və Bizansa qarşı hücuma keçmək təklifini irəli sürdü. Sonra səlcuq türklərinin qərbə doğru kütləvi axınları başladı.
XI əsrin əvvəllərində Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldılar. Elə burada da 1038 ildə paytaxt Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcuqun nəvəsi Toğrul bəy (1038-1063) sultan elan edildi. Onun dövründə daha da möhkəmləndilər. 1040 il mayın 23-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin qüvvələri darmadağın edildi. Bu qələbədən sonra Mərv şəhərində toplanan Böyük Qurultayda şərqdə və qərbdə yeni işğallara başlamaq qət olundu. Dövlətin paytaxtı Nişapurdan Reyə köçürüldü (1043). Səlcuq qoşunları burada 3 istiqamətdə - Həmədan-Isfahan, Gilan və Azərbaycana doğru yürüşə çıxdılar. Həmədan - Isfahan istiqamətində hücuma keçən səlcuq qoşunlarına İbrahim Yinal, Gilan üzərinə yürüş edən qüvvələrə Kutalmış Azərbaycanın cənub rayonlarına doğru hərəkət edən qoşunlara isə Həsən və Yaquti başçılıq edirdilər. Bundan əvvəl Azərbaycan, İran, Cənubi Qafqaz və şərqi Anadoluda möhkəmlənmiş oğuz-türk tayfaları da səlcuq yürüşlərində iştirak edirdilər. Çox keçmədən Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı ələ keçirən İbrahim Yınalın başçılıq etdiyi səlcuq qoşunları Dəclə sahillərinə çıxdı. Gilan da daxil olmaqla Xəzər cənubundan torpaqları ələ keçirən Kübarəveş isə Arazı adlayıb Arana daxil oldu. Azərbaycanın şimalında möhkəmlənən səlcuqlar şəddadilərin hərbi qüvvələri ilə birləşərək Bizans, erməni və gürcü feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azərbaycanın cənub rayonları isə səlcuq sərkərdəsi Həsənin nəzarəti altında keçdi. Bundan sonra Şərqi Anadoluda hərbi əməliyyata başlayan səlcuq - Azərbaycan qoşunları 1048 sentyabrda 18 Bizans, erməni və gürcü feodallarının birləşmiş qüvvələrini darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. Beləliklə, sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan (1038-1044), Xarəzm (1043), Qərbi İran (1042-1051) səlcuq türklərinin əlinə keçdi. 1055-də Bağdad da daxil olmaqla Iraq işğal olundu. Abbasilər Xilafəti səlcuq türklərindən asılı vəziyyətə düşdü. Abbasilər sultan Toğrulu bütün “Şərqin və Qərbin hökmdarı” kimi tanımağa başladı.
Sultan Alp Arslanın (1063-1072) və Məlik şahın (1072-1092) hakimiyyəti illərində səlcuq türkləri daha geniş əraziyə yayıldılar. Malazgird vuruşmasında (1071, 25 avqust) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edən və imperator Roman Diojeni əsir alan Alp Arslan demək olar ki, bütün Kiçik Asiyanı işğal etdi. Sonradan Suriya, Fələstin, Ermənistan və Gürcüstan əraziləri Orta Asiyada isə Mavəraunnəhr - Amu Dərya ilə Sır dərya çayları arasından torpaqlar səlcuq türklərindən asılı vəziyyətə düşdü. Nəticədə Yaxın və Orta Şərqin siyasi xəritəsində Böyük səlcuq imperatorluğu kimi qüdrətli dövlət yarandı. XI əsrin II yarısında bütün Orta Asiya, İran, Cənubi Qafqaz, Iraq, Suriya, Kiçik Asiya və Ərəbistan yarımadası səlcuq türklərinin əlində idi. Səlcuqlar Azərbaycanı asanlıqla tutdular. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuq türklərinin soydaşları idilər. Bir-biriləri ilə yola getməyən Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətini səlcuq qoşunlarına qarşı birləşərək müqavimət göstərə bilmədilər. 1054 ildə sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı. Rəvadi hökmdarı Vəhsudan səlcuqlara tabeliyini bildirdi. Toğrul Təbrizdən sonra Gəncəyə hücum etdi. Şəddadi hökmdarı Əbuləlsvar Şavur da müqavimət göstərmədən səlcuqlara tabeliyini bildirdi. Bu zaman səlcuq sultanı ilə Şəddadi hökmda-
rı arasında bir anlaşma bağlandı ki, iki hökmdar öz aralarında belə bir razılığa gəldilər ki, onlar Bizans imperatoruna və onun təhriki ilə tez-tez Azərbaycanın torpaqlarına hücum edən erməni-gürcü feodallarına qarşı əlbir hərəkət edəcəkdir.
1066 ildə səlcuqlar Qarabəkinin başçılığı ilə Şirvana hücum etdilər. Şirvanşah səlcuqlara şiddətli müqavimət göstərdi. Lakin bu heç bir nəticə vermədi. Şirvanşah I Fəriburz səlcuq sultanı Məlik şaha tabe oldu. Şirvan hökmdarları “şirvanşah” ləqəbi daşımaqdan məhrum edildilər. Bütün Azərbaycan səlcuqlara tabe oldu.
Hələ səlcuq türklərinin axınlarından və Böyük səlcuq imperiyasının meydana gəlməsindən çox əvvəl Azərbaycan qədim türk tayfalarının, o cümlədən oğuz türklərinin yaşadığı ümumi əraziyə daxil edilmişdi. Sasani və ərəb xilafətinin hökmdarlıq etdiyi təqribən 600 illik bir tarixi dövr ərzində bütün bu tayfaların, habelə qeyri-türk tayfalarının vahid halında qaynayıb-qarışması prosesi getmişdi.
Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda islam türk etnik siyasi amili daha da güclənmişdi. Çünki, bu zaman Bizans imperiyası və erməni-gürcü feodallarından ibarət vahid xristian blokuna qarşı mübarizənin taleyi Azərbaycan cəbhəsində həll olunurdu. Azərbaycan Anadolunun işğalına başlamış müxtəlif türk tayfaları üçün uzun bir tarixi dövr ərzində arxa cəbhə rolunu oynamışdı. Islamın qəbulu Azərbaycanda yaşayan müxtəlif türk tayfalarının, həmçinin qeyri-türk etnik qruplarının vahid xalq halında formalaşmasında mühüm rol oynamışdı. Səlcuq axınları zamanı türk tayfalarının yeni dəstələri Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və islamı qəbul etmiş, oğuz səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar. Azərbaycan turk xalqının təşəkkülü prosesi başa çatdı.
Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik siyasi amil olan səlcuqlar Yaxın və Orta şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Avropa feodallarının şərq torpaqlarını işğal etmək məqsədilə təşkil etdikləri soyğunçuluq müharibələri - Xaç yürüşləri zamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri o zaman Yaxın və Orta Şərqin siyasi xəritəsinin qərbi Avropa feodal dövlətinin xeyrinə dəyişməsinə imkan vermədilər.
Bu imperiya da uzun zaman yaşamadı. Türk imperiyası natural təsərrüfatın hökmranlığı şəraitində yaranmışdı. Əmtəə- pul münasibətləri hələ başlıca iqtisadi əlaqə forması deyildi. Ölkənin iri sənətkarlıq və ticarət mərkəzləri arasında əlaqələrin xeyli geniş olmasına və imperiyanın ərazisindən çox mühüm beynəlxalq karvan yolları keçməsinə baxmayaraq, Böyük səlcuq imperatorluğunun əhatə etdiyi çox geniş ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməsinə imkan olmadı. Əsarət altına salınmış ölkələrin, xalqların azadlıq mübarizəsi genişlənməkdə idi.
Bundan başqa Birinci Xaç müharibəsi (1096-1099) dövründə Qərbi Avropa səlibçilərinin kütləvi yürüşlərinə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm ərazilərinin itirilməsi də Böyük səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstərdi. Sultan Məlik şah və onun vəziri, məşhur “Siyasətnamə” əsərinin müəllifi Nizamül Mülkün mərkəzi hakimiyyəti qüvvətləndirmək təşəbbüsləri də nəticəsiz qaldı. Məlik Şahın oğulları sultan Mahmud (1092-1094) sultan Bərgüyarıq (1094-1104), sultan II Məlik şah (1104-1105) və sultan Məhəmmədin (1105-1118) hakimiyyəti illərində imperatorluğunun tənəzzülü daha da dərinləşdi. Sonuncu səlcuq hökmdarı sultan Səncərin (1118-1157) hakimiyyəti demək olar ki, formal xarakter daşıyırdı. Imperiya faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu dövlətləri səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri- atabəyləri idarə edirdilər.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin