Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 3. Azərbaycan xalqının təşəkkül prosesi



Yüklə 3,15 Mb.
səhifə29/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   173
Ar2019-47-1

§ 3. Azərbaycan xalqının təşəkkül prosesi.
§ 4. Azərbaycan Ərəb xilafəti tərkibində. İslam dininin Azərbaycanda yayılması.
§ 5. Ərəblərə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilik. Babək.

§ 1. Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi və inkişafı


Eramızın III-IV əsrlərində Azərbaycanın istimai-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, məhsuldar qüvvələrin inkişafında əsaslı irəliləyişlər olmuşdur. Arxeoloji qazıntılar nəticəsində tapılmış əmək alətləri, məişət əşyaları və kənd təsərrüfatı məhsullarının qalıqları təsərrüfatın (əkinçiliyin, maldarlığın, sənətkarlığın) daha da inkişafını göstərir. Tapılan gavahınlar, dəryazlar, oraqlar, bellər və kərkilər, metaləritmə və metal emalı alətləri, dulusçuluq və parça toxumaq üçün dəzgah bu inkişaf səviyyəsini müəyyən edir. Tapılmış yivli və oyma möhürlər bu dövrdə Azərbaycanda xüsusi mülkiyyətin də inkişaf etdiyinə dəlalət edirdi.
Köhnə istehsal münasibətləri yeni-feodal münasibətləri ilə əvəz olunurdur. Getdikcə maddi marağı söndürən isma torpaq sahibliyi dağılır, o torpaqlar baş mülkiyyətçinin ixtiyarından xüsusi şəxslərin əlinə keçirdi. Baş mülkiyyətçilər kəndlilərin istifadəsində olan torpaqlardan gəlir götürmək hüququ olan orduda və dövlət aparatında xidmət edən şəxslərə ver deyilirdi. Xüsusi şəxslərin əlinə keçən torpaq mülkiyyəti feod və ya len adlanırdı.
Feodallaşma prosesi torpaq mülkiyyətinin xarakterini dəyişdirdi. Əgər feodalizmdən əvvəlki dövrdə torpaq dövlətin və əyyanların mülkiyyəti idisə, feodalizm dövründə torpaqların bir hissəsi feodalların əlinə keçmişdi. Bu torpaqlar xidmətinə görə baxışlanmışdı. Feodalizmin ilkin dövründə (təqribən III-V əsrlərdə) torpaq mülkiyyətinin dövlət (hökmdarın simasında) forması üstün idi. Xüsusi feodal torpaq mülkiyyəti isə öz növbəsində iki yolla formalaşırdı.

  1. Feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyət (dastakert-fars dilində termindir). Torpaq mülkiyyətinin bu forması torpaq üzərində mülkiyyət formasının pozulması, habelə icma torpaqların hakim sinfin nümayəndələrinə votçina hüququ əsasında mülk kimi baxışlanması yolu ilə meydana gəlmişdir;

  2. Şərti torpaq mülkiyyəti xostak (bu da fars dilində termindir). Bu forma isə hakim sinfin nümayəndələrinə vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti istifadə üçün torpaq verilməsi yolu ilə yaranmışdır. Qeyd etmək lazımdır ki, «xostak» kimi müvəqqəti istifadə üçün verilmiş torpaqların «dastakert», yəni şəxsi mülkiyyətə çevrilməsi ənənəsi də mövcud idi.

Dastakertlərin sahibləri – çarın sarayı, feodallaşan zadəgan nəsilləri, yeni yaranmış feodal əsilzadə hökmdar sarayında qulluq etməklə irəli çəkilmiş varlı kəndli təbəqəsinin bir hissəsi idi. Xostak sahibləri isə hərbiçilər və kiçik dövlət vəzifələrində olan zadəganlar (azatlar) və kilsə xadimləri idi.
Feodal münasibətləri cəmiyyətin sosial tərkibini dəyişdirdi. Feodalizm cəmiyyətində iki sinif feodallar və asılı kəndlilər sinfi meydana gəldi. Feodallar iki qrupa 1) dünyavi, 2) ruhani feodallar bölünürdü. Dünyavi feodallar da öz növbəsində iri və xırda feodallar bölünürdülər. Roma – Biznas mənbələrində iri feodallara patriklər, xırda feodallara isə azatlar deyilirdi. Ruhani feodallar təbəqəsini Atropatenada zərdüşt kahinləri Albaniyada isə əvvəllər bütpərəstlik dini kahinləri sonralar isə xristian kilsəsi xadimləri təmsil edirdilər.
Feodal sahibkarlığı şəraitində iri torpaq mülkiyyətçiləri iri feodallar meydana çıxırdı. Onlar feodal asılı kəndliləri istismar edir, onları məhsul və pul ödəməyə, mükəlləfiyyətlər yerinə yetirməyə məcbur edirdilər. Feodalizm cəmiyyətində əsas yeri natural təsərrüfat tuturdu. Natural təsərrüfat sistemində istehsal əsasən istehsalçının özünün və feodalın tələbini ödəyirdi. Cüzi ərzaq mübadiləsi tasirlər vasitəsilə həyata keçirilirdi.
Beləliklə, məhsuldar qüvvələrin inkişafı nəticəsində Azərbaycanda feodal münasibətləri formalaşırdı. Quldarlıq quruluşundan sonra yaradılan feodal istehsal üsulu ölkənin məhsuldar qüvvələrinin daha da inkişaf etməsinə imkan yaradırdı. Feodal münasibətlərinin əsasını feodalın torpaq üzərində tam və istehsalçı-feodal asılı kəndli üzərində tam olmayan mülkiyyətini təşkil edirdi.
Feodal münasibətlərinin formalaşması prosesi Azərbaycanda bərabər sürətlə getmirdi. Belə ki, bəzi yerlərdə hələ də quldarlıq münasibətləri qalmaqda idi. Əyan feodallar təkcə asılı kəndlilərin deyil, qulların da əməyindən istifadə edirdilər.
Buna baxmayaraq istimai münasibətlər sistemində əsas yeri durmadan inkişaf edib, möhkəmlənən feodal münasibətləri tuturdu. Azərbaycanda feodalizm quruluşunun özünəməxsus xüsusiyyətləri var idi. Əvvəla, burada feodalların özlərinin çox az təsərrüfatları olmuş və ya heç olmamışdır. Çünki, süni suvarma şəraitində böyük xərc tələb edən təsərrüfat düzəltmək əlverişli deyildi.
İkincisi, feodallar əsasən öz xüsusi təsərrüfatlarında məşğul olan kəndlilərindən məhsul və pul rentası almaqla kifayətlənirdilər.
Üçüncüsü-bütün Şərqdə olduğu kimi Azərbaycanda da orta əsrlər boyu məhsul rentası üstün yer tutmuşdur
Dördünsüsü-Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da təhkimçilik hüququ tərtib edilməmişdir. Bu da feodalların xüsusi təsərrüfatlarının zəif inkişaf və ya heç olmaması ilə əlaqədar idi. Azərbaycanda olan feodal dövlətlərindən biri Albaniya idi. Albaniyada feodal münasibətləri mənbələrə görə IV əsrdə formalaşmışdır. Bu dövrdə əhalinin sosial tərkibini hakimlər, azatlar, ruhanilər, vergi verən kəndlilər və sənətkarlar təşkil edirdi.
Alban feodal dövləti III-V əsrlərdə bir sıra vilayətlərə bölünürdü. Onlardan Çola (Çori), Şəki, Linina, Girdman, Uti və Paytakaranı (Beyləqan) göstərmək olar. Onlar bir-birindən dağlar, çaylar və başqa təbii sərhədlərlə təcrid olunmuş ərazi idilər. Çola indiki Dərbənddən Beşbarmaq dağına qədər Kaspi dənizi boyunca uzanan ərazini tuturdu. Bura Alban qapıları adlanırdı. Vilayətlərdə üzümçülük, meyvəçilik və taxılçılıqla məşxul olurdular. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti, Çola ilə Şəki arasında Lipina yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ şəhərində yerləşirdi. Girdiman vilayəti metal məmulatlar istehsal edir. Mərkəzi Bərdə olan Uti vilayəti əkinçilik, maldarlıq, toxuculuqla məşğul olurdu. Albaniyanın Paytakaran vilayəti Mil düzünün və Muğanın bir hissəsini əhatə edirdi.
Din feodal hakimiyyətinin möhkəmləndirilməsində mühüm rol oynamışdı. Alban feodallarının başında knyaz Urnayır olmaqla IV əsrin əvvəllərində xristianlığı qəbul etməkdə də bu məqsədi güdmüşdülər. Onlar bu dini zorla əhali arasında yaymağa və kilsələr tikməyə başlamışlar. Hətta hökmdar Urnayır kilsələr üçün torpaq sahələri də ayırmışdı. Kilsələrin nəfinə kəndlilərdən məhsulun 10/1-i qədər
– kilsə onda biri adlanan vergi qoyulmuşdu. Xristianlıq mənbələrə görə Albaniyanın qərb hissəsində daha güclü idi. Arsaq vilayətində xristianlığın təsiri artmışdı.
V-VI əsrlərdə sasanilərin hakimiyyəti zamanında Azərbaycanda feodal münasibətlərinin inkişafı prosesi güclənmişdi. Atropatenada kəndlilərin əksəriyyəti isma torpaqlarını ələ keçirmiş feodallardan asılı olmuşdur.
İri torpaq sahiblərinin nəzarət dairəsi günü-gündən genişlənir və ixtiyarında olan sahələrdən vergi toplamalı idilər. Bu səbəbə görə dövlət özü də müəyyən dərəcədə vergilərin toplanmasında feodallardan asılı vəziyyətə düşürdü. Dövlətin isə feodalların nüfuzunu aradan qaldırmaq cəhdi çox vaxt müvəffəqiyyətsizliklə nəticələnirdi. Feodalların vəziyyəti elə bir dərəcəyə gəlib çatdı ki, şah maliyyə və ordu cəhəddən onlardan asılı vəziyyətə düşdü.
Böyük torpaq sahələri məhdud müəssisə şəklini almaqla onların əksər hissəsi icarəyə verilirdi. Kəndlilərə natural formada əmək haqqı verilirdi: vergilər də natural formada toplanırdı. Mülkədarlar şəhərlərdə deyil, kəndlərdə öz malikənələrində möhkəmləndirilmiş yerlərdə yaşayırdılar. Kənd yerlərində sikkə tədavülü olduqca azalmışdı. Bu zaman imperiyada sabit bir iqtisadi formasiya yaranmış oldu.
Bu sabit iqtisadi formasiya şübhəsiz ki, feodalizm quruluşu olmuşdur. Bu
dövrdə kəndlilərin vəziyyəti getdikcə ağırlaşırdı.
I Xosrovun keçirmiş olduğu islahat nəinki zəhmətkeşlərin vəziyyətini yüngülləşdirirdi, əksinə, onu daha da çətinləşdirirdi. Bu islahat başdan-başa dövlət və əyanların mənafeyini müdafiə edirdi.
Öz vasallarına torpaq paylayan I Xosrov Anuşirəvanın (531-579) siyasəti nəticəsində feodalların mövqeyi daha da möhkəmlənmişdi. Şah özünü məzdəkilər hərəkatı zamanı sahib olmuş torpaqların bilavasitə varisi elan etdi. O, bu torpaqların çox hissəsini sərkərdələr arasında bölüşdürərkən özünə mötəbər dayaq yaratmış oldu. I Xosrovun zamanında Azərbaycanda da şərti torpaq mülkiyyəti qəti olaraq bərqərar oldu. Öz xidmətlərinə görə torpaq alan azatların sayı artırdı. Onlar da kahinlər kimi böyük imtiyazlara malik idilər. Dini idarələrin də torpaq mülkiyyəti genişlənirdi.
Əvvəllər azad ismaçı mənasını verən dehqan sözünün özü belə artıq torpaq sahibi mənasında işlədilirdi. Onlar Sasani qoşunlarında mühüm rol oynayırdılar. Ölkədə sürətlə təbəqələşmə gedirdi. III-IV əsrlərdə səmiyyəedə 3 silk – kahinlər, hərbçilər, torpaq sahibləri, VI əsrdə 4 silk – kahinlər, hərbçilər, mirzələr (yazıçı, şair və s.) qulluq göstərənlər var idi.
Sasani hakimi I Qubadın başladığı və I Xosrovun başa çatdırdığı vergi siyasəti Atropatenada feodal münasibətlərini möhkəmləndirdi. Əvvəlki vergi sistemi (torpağın münbitliyinə görə 3/1, 5/1 və 6/1 həcmində vergi, natural vergi sistemi) dəyişdirildi. Torpaqların, meyvə ağaclarının, vergi verəcək «baş»ların ciddi hesabı aparılırdı. Natural vergi pulla əvəz olunurdu. Əhali əmlak vəziyyətindən asılı olaraq 12, 8, 6 və 4 dirhəm can vergisi verməli idi. Adlı-sanlı kahinlər, məmurlar və mirzələr san vergisindən azad edilirdilər.
Sasanilər dövründə alınan torpaq vergisinə xərac (məhsulun 5/1 hissəsi), can vergisinə gezit, sənətkarların və tacirlərin xəzinə üçün verdikləri vergiyə bas vergisi deyilirdi. Bunlar ildə 3 dəfə toplanırdı.
Albaniyada feodal münasibətləri inkişaf edir, torpaq mülkiyyətinin xarakteri dəyişirdi. Torpaq üzərində iri feodal mülkiyyəti yaranırdı. Sonralar qismən ömürlük mülkiyyətə çevrilmiş şərti torpaq sahibliyi də meydana çıxmışdır. Albaniyada torpaq sahibləri əyanlar idilər. Feodallaşma prosesi digər zümrələrin, torpaqsız adamların çoxalmasına səbəb olurdu. Feodal münasibətlərinin inkişafı əhalinin öz dövləti, eləcə də Sasani İran mülki və ruhani feodallar tərəfindən istismarı vergi zülmünün artmasına gətirib çıxarır və bu da əhalinin etirazına səbəb olurdu. Kilsə feodal aristokrasiyasının nümayəndəsi olan Musa Kalankatlı şübhəsiz Albaniyada mövcud olan sinfi mübarizə və sosial hərəkatlar haqqında heç nə demir. K.B.Trever alban müəllifinin məlumatlarında bu hadisələrin əks-sədasını görə bilmişdir. 498-ci il Aquen kilsə məclisinin çağrılmasının səbəbini izah edən Kalankatlı yazır ki, «camaatla ruhanilər, azadlarla rəiyyət arasında narazılıq baş verdi: onda hökmdar yığıncax böyük məclis çağırmağı arzu etdi». Feodal münasibətlərinin hüquq normaları dünyavi və ruhani feodalları Aquen kilsə yığıncaxında təsbit edilmişdir. Bu hüquq normalarında vergi verən kəndli təbəqəsi 3 qrupa bölünürdü.

  • Kifayət qədər əmlakı olanlar

  • Yoxsullar

  • Əkini, üzümlüyü olmayan kəndlilər


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin