Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 3. Moğolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda moğol ağalığı



Yüklə 3,15 Mb.
səhifə40/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   173
Ar2019-47-1

§ 3. Moğolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda moğol ağalığı


1231-ci ilin oktyabr ayında moğol qoşunları ikinci dəfə Azərbaycana soxulurlar. Bu zaman onlara Çormoqon noyon başçılıq edirdi. 90000-lik moğol ordusu
Marağaya soxulur. Marağada nisbətən az qırğın edərək Təbrizə yollanırlar. Onlar Təbrizə yaxınlaşan zaman Şəmsəddin ət-Tuğrayi qəfildən ölür. Şəhərin müdafiəsini təşkil edən olmadığı üçün Təbriz şəhəri müqavimətsiz moğollara təslim olur.
Təbrizin alınması bir birinin ardınca Azərbaycan şəhərlərinin işğalına səbəb olur. Həm də artıq o dövrdə Azərbaycanda moğollara qarşı çıxa biləcək heç bir mərkəzləşmiş qüvvə yox idi.
1232/1233-cü illərdə moğollar Naxçıvana yürüş edib şəhəri dağıdırlar. Moğolların hücumundan bir neçə il sonra Naxçıvanda olmuş Vilhelm de Rubruk gözü ilə gördüyü həmin mənzərə haqqında yazır: «Moğollar şəhəri demək olar boş səhraya çevirdilər». Məhəmməd Naxçıvani yazır ki, Naxçıvan şəhərinin altıda beş hissəsi demək olar ki, tamamilə boşalmış və dağıdılmışdır. Orta əsr müəlliflərinin dili ilə desək moğol qoşunları Naxçıvanı dağıdıb, xarabazara çevirmiş və onun əvvəlki «Nəqşi-cahan»ını pozmuşdular.
Moğollar hərəkət edərək 1235-ci ildə Gəncəni mühasirəyə alırlar. Gəncəli Kirakos bu hücumu belə təsəvvür edir: «Birdən birə tatar qoşunları şəhərə basqın etdilər. Onlar şəhəri hər tərəfdən mühasirəyə aldılar, onlar döyüşə başladıqda çoxlu daş atıb dağıdan qurğulardan istifadə edirdilər... Sonra... şəhər divarları hər yandan uçuruldu. Ancaq yağılardan heç kəs şəhərə girmədi, onlar bir həftə ərzində yaraq altında şəhəri mühasirədə saxladılar... Hər kəs öz evinə qapanıb özləri ilə birlikdə evlərini yandırdılar ki, barı yağıların əlinə düşməsinlər... Bunu görən yağılar daha çox qəzəblənərək qılınclarını işə salıb, hamını doğradılar, qadınları da, kişiləri də, uşaqları da. Onlardan heç kəs canını qurtara bilmədi... Dörd il şəhər adamsız və dağıdılmış bir vəziyyətdə qaldı...
Gəncəni aldıqdan sonra moğollar Şəmkiri mühasirəyə alırlar. Uzun müddətli mühasirədən sonra şəhər alınır. Onlar şəhəri yandırıb, əhalini qılıcdan keçirirlər. Bunun ardınca Tovuz və Bakı şəhərləri də təslim olur. 1239-cu ildə Dərbənd alınmaqla moğollar Azərbaycanı başdan başa işğal edirlər.
Rəşid-əd-din yazır ki, Çingizin sərkərdələri... şəhər əhalisini 5-10 gün çölə qovurdular. Şəhərin talanması başa çatdırıldıqdan sonra işğalçılar həmin şəhərliləri cəzalandırırdılar. Onlar əvvəlcə hərbi adamları ayırıb öldürür, onların ailələrini isə kölə edirdilər.
Moğol işğalı nəticəsində Şərqi Avropada yeni böyük dövlət yaranır ki, rus məxəzlərində bu dövlət «Qızıl Orda», Şərq məxəzlərində isə «Cuçi ulusu», «Dəşti
Qıpçaq» və ya «Göy Orda» adı ilə məlumdur.
Çingiz xanın ölümündən (1227) sonra moğollara tabe olan torpaqlar onun 4 böyük oğlu arasında bölüşdürülür. Beləliklə, dörd ulus yaranır. Hər ulusun öz müstəqil hakimi olur. Sonralar Azərbaycan, Ermənistan və Gürcüstan Qızıl Orda ulusuna daxil edilir. Bu ulusda Cuçilər sülaləsi hökmranlıq edirdi.
Böyük moğol xanı Ugedeyin dövründə (1229-1241-ci illər) böyük imperatorluq katibliyinin «rəisi» olmuş Yelüy Çutsayın dövlətçilik və idarəçilik islahatları haqqında məcmuə yazılmışdı.
1239-cu ildən sonra Azərbaycan, Ermənistan və Gürcüstana iri moğol feodalı Arqun ağa moğol xaqanının canişini təyin edilir.
Mənbələrdən göründüyü kimi Arqun ağa(1239-1256) bu üç ölkəyə hülakülərin hücumunadək ağalıq etmişdir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin