Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə65/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   61   62   63   64   65   66   67   68   ...   139
Q.Zakirin  (1784-1857)  yaradıcılığında  bir 

tərəfdən  M.P.Vaqif  poeziya  ənənələri  davam 

etdirilir,  digər  tərəfdən  realizm  və  satira  özünün 

yeni  inkişaf  mərhələsinə  çatdırılır.  Şairin  (Qasım 

bəyin)  lirikası  zənginliyi,  milli  koloriti,  təsvir  və 

ifadə  əlvanlığı,  realist  keyfiyyəti  və  sənətkarlıq 

məziyyətləri  ilə  diqqəti  cəlb  edir.  Bu  poeziyanın 

lirik  qəhrəmanı  öz  sevgisində  iddiasızdır;  o, 

məşuqunun  bütün  zahiri  görünüşü  və  daxili 

keyfiyyətlərindən zövq almağı bacarır və bunu özü 

üçün ən böyük nemət hesab edirdi. 

Q.Zakirin 

satiraları 

ədəbiyyatımızda 

realizmin qüvvətlənməsinə və ictimai məzmun kəsb 

etməsinə  böyük  töhfələr  verdi,  satirik  şerimizin 

gələcək inkişafına əsaslı zəmin hazırladı. Təmsilləri 

və  mənzum  hekayələri  isə  didaktikada  mənəvi-

əxlaqi 

məzmunu 


qüvvətləndirdi 

və 


uşaq 

ədəbiyyatımızın dəyərli nümunələri kimi yadda qaldı.

 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin